Gəncədə elmi konfrans keçirilib

 “Olaylar” –ın məlumatına görə Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 2 və 3-də Gəncə şəhərində “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcək.

"Olaylar" -ın məlumatına görə Mədəniyyət və Turizm Nazirliyinin C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 2 və 3-də Gəncə şəhərində "Gənclər-İnnovasiyalar-Kitabxanalar" Azərbaycan-Rusiya elmi-praktiki konfransı keçiriləcək.

Konfransda Rusiya Federasiyasının kitabxana-informasiya sahəsində tanınmış mütəxəssisləri Vadim Stepanov, Aleksandra Vaxruşeva, Vladimir Lyutetski, Yekaterina Popova, Olqa Andon və Pavel Pelevin iştirak edəcəklər.

Konfrans respublikanın müxtəlif kitabxanalarında çalışan gənc kitabxanaçılar üçün mütərəqqi bilik və vərdişlərin mənimsənilməsi, innovativ metodların öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından əməli-praktiki əhəmiyyətə malik olacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında" 24 fevral 2016-cı il tarixli 1805 nömrəli Sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31