Həmsədrlər hərbi toqquşma ehtimalını azaltmaq niyyəti güdürlər
Onların regiona bu dəfəki səfəri də nəticəsiz qaldı ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri başa çatdı. Yenə eyni açıqlamalar, eyni bəyənatlar. Suallar müxtəlifdir, cavablar isə tükənib. İyirmi ildən artıqdır ki, eyni vəziyyət davam etməkdədir. Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərindən heç nə ilə fərqlənmir. Elə bu səbədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli “ölü nöqtədən” tərpənmir. Mövcud vəziyyət isə Minsk qrupunun fəaliyyətsiz bir quruma çevrildiyini göstərir. Maraqlıdır, Dağlıq Qarabağ probleminin sülh yolla həlli məqsədilə yaradılan qurumun 20 ildən artıq müddət ərzində nəticəsiz fəaliyyət göstərməsi kimə və nəyə lazımdır?
1 Noyabr 2016 14:33 SiyasətOnların regiona bu dəfəki səfəri də nəticəsiz qaldı
ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri başa çatdı. Yenə eyni açıqlamalar, eyni bəyənatlar. Suallar müxtəlifdir, cavablar isə tükənib. İyirmi ildən artıqdır ki, eyni vəziyyət davam etməkdədir. Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərindən heç nə ilə fərqlənmir. Elə bu səbədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli "ölü nöqtədən" tərpənmir. Mövcud vəziyyət isə Minsk qrupunun fəaliyyətsiz bir quruma çevrildiyini göstərir. Maraqlıdır, Dağlıq Qarabağ probleminin sülh yolla həlli məqsədilə yaradılan qurumun 20 ildən artıq müddət ərzində nəticəsiz fəaliyyət göstərməsi kimə və nəyə lazımdır?
Etiraf edək ki, ATƏT-in Minsk qrupu yarandığı andan ermənilərin təəssübkeşi qismində çıxış edib, ermənilərin xeyrinə bəyənatlar səsləndiriblər. Bəyanatlarında mövsud status-kvonun dəyişməsinin tərəfdarı olduqları, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də münaqişənin həlli istiqamətində heç bir real addım atmayıblar. Daha dəqiq, həmişə Azərbaycanın kompromisə getməsinin tərəfdarı olsalar da, ermənilərə heç vaxt təzyiq göstərmək niyyətində olmayıblar. Məsələ orasındadır ki, Minsk qrupu hətta Dağlıq Qarabağ probleminin həlli məqsədilə beynəlxalq təşkilatlarım qəbul etdikləri qətnamələrin icrası məqsədilə erməniləri təhrik etməyiblər. Məlum məsələdir ki, əgər, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri, elə həmsədr dövlətlərin başçılarının bəyanatlarında əksini tapan məsələlər icra olunarsa idi onda vəziyyət tamamilə başqa cür olardı. Çox təəssüf ki, həmsədrlər mövcud qətnamə və qərarların icrasını təmin etmək əvəzinə, yeni həll variantı axtarışına çıxıblar. Bu isə o anlama gəlir ki, Minsk qrupunun məqsədi münaqişənin həllinin vaxtını uzadaraq Azərbaycanı güzəştə getməyə məcbur etməkdir. Ancaq Minsk qrupunun həmsədrləri dərk etməlidirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi Avropanın təhlükəsizliyi üçün ciddi təhdiddir. Belə halda münaqişə tərəflərinin öz adı ilə çağrılması və ikili standartların kənara qoyularaq onlara eyni münasibətin sərgilənməsi problemin həllinə təkan vermiş olardı. Sirr deyil ki, həmsədrlər çox yaxşı bilirlər ki, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in qərarları və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət çərçivəsində mümkündür. Bu baxımdan Ermənistanı işğalçı siyasətindən döndərmək, onun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməsini təmin etmək üçün bu ölkə üzərində beynəlxalq təzyiqin göstərilməsi zərurəti yaranır. Lakin bu addımı atmaq əvəzinə bir çox hallarda həmsədrlər davranışları vasitəçilik missiyasına qətiyyən uyğun gəlməyən mövqe nümayiş etdirilər. Elə ATƏT-in Minsk qrupunun Ermənistanın mütəmadi olaraq atəşkəsi pozmasına susqunluq nümayiş etdirməsi münaqişənin həllinə olan münasibətinin göstəricisi kimi dəyərləndirilməlidir. Qətiyyətlə demək olar ki, Minsk qrupunu təmsil edən diplomatların fəaliyyəti bütövlükdə nə münaqişənin mövcud durumuna, nə də onların missiyasına uyğun gəlmir. Məsələn, həmsədrlər atəşkəsin pozulmasının arxasında Ermənistanın dayandığını yaxşı anlayırlar. Sadəcə himayə etdikləri işğalçı dövlətin xətrinə dəyməmək üçün danışmırlar. Həmişə riyakar mövqedən çıxış edən həmsədrlər yenə də işğalçı ilə işğala məruz qalana fərq qoymamaq prinsipinə əməl edərək atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat verməkdən çəkinirlər. Üstəlik susqunlarını prezidentlərin görüşünün təşkili ilə əlaqələndirərək bəhanə də tapırlar. Sadalanan faktlar həmsədr ölkələrin beynəlxalq hüquq normalarına olan münasibətlərinin göstəricisi kimi qəbul edilməlidir. Fakt isə ondan ibarətdir ki, Minsk Qrupu həmsədlərinin bölgəyə budəfəki səfəri də onların keçmiş səfərlərindən heç nə ilə fərqlənmədi. Həmsədrlərin bəyənatı isə nəticə etibarilə Azərbaycanın maraqlarına cavab vermir. Belə məlum olur ki, həmsədrlərin yeganə istəyi Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir. Bununla həmsədrlər 2016-cı ildə fəaliyyətlərinə yekun vurmaq istəyirlər. Bu alınmayacağı tədqirdə həmsədrlər ən azından iki ölkənin xarici işlər nazirlərinin görüşünə nail ola biləcəklər. Heç şübhəsiz ki, həmsədrlər bu görüşlər vasitəsilə hərbi toqquşma ehtimalını azaltmaq niyyətini güdürlər. Lakin siyasi icmalçılar hesab edirlər ki, görüşlərdən nəticə yoxdursa, üstəlik də Ermənistan işğalçı siyasətini davam etdirirsə, hərbi toqquşma ehtimalı tarixini yalnız bir müddət uzatmaq olar, tam qarşısının alınması mümkün deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan hakimiyyəti yenə açıqlama verib ki, torpaqları boşaltmaq fikirləri yoxdur. Bu açıqlama rəsmi İrəvanın mövqeyində zərrə qədər dəyişikliiyin olmadığını göstərir. Beləliklə ümumi nəticə ondan ibarətdir ki, münaqişənin həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun tam formatda fəaliyyətinin artırılması, bu qurumun bütün üzvlərinin münaqişənin həllində fəal rol oynaması vacib şərtdir.
Alim