Qeyri Hökumət Təşkilatının yeni layihəsi

Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai şuralar və ictimai nəzarətin təşviqi” adlı layihə icra edilib.

Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İctimai şuralar və ictimai nəzarətin təşviqi" adlı layihə icra edilib.

"Olayların" -ın məlumatına əsasən, dövlət, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən "dəyirmi masa"da Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İctimai şuralar və ictimai nəzarətin təşviqi" layihəsi çərçivəsində il ərzində tədbirlər, ictimai müzakirələr keçirir. MQF-nun prezidenti xatırlatdı ki, "İctimai iştirakçılıq" haqqında Qanuna müvafiq olaraq Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Dövlət Miqrasiya Xidmətində və digər dövlət qurumlarında ictimai şuralar yaranıb. Ancaq bir neçə nazirlikdə o cümlədən mərkəzi icra hakimiyyətləri ilə yanaşı, yerli icra hakimiyyətlərində, o cümlədən Gəncə Şəhər və Binəqədi Rayon İcra hakimiyyətlərində təşəbbüslər həyata keçirilib.

MQF Hüquq Mərkəzinin direktoru Rövşən Nəbiyev bildirdi ki,  layihənin məqsədi "İctimai iştirakçılıq" haqqında Qanunu və ictimai şuraları təşviq etməkdi.Layihənin məqsədi vətəndaşların hüquq və azadlıqlarının təmin olunması nöqteyi-nəzərindən, eyni zamanda, vətəndaşların dövlət və hökumət qərarlarının qəbul olunmasında iştiraklarının təmin olunması istiqamətində maarifləndirici işlərin aparılmasıdı.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Bəşirov Vüqar layihə barədə ətraflı məlumat verdi və bu istiqamətdə görülən işləri yüksək qiymətləndirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31