Gündəm
Hillari Klinton ABŞ prezidentliyi uğrunda yarışda liderliyini davam etdirir - SORĞU
Demokratlar Partiyasından namizəd Hillari Klinton ABŞ prezidentliyi uğrunda yarışda liderliyini davam etdirir.
Su anbarı daşdı: Masallıda 230 ev su içində
Cəlilabad rayonundakı Ağdaş Su Anbarının daşması nəticəsində Masallı rayonunun su basmış 3 kəndinə dəymiş ziyan müəyyənləşib.
Azərbaycanlı rəssam Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib
Azərbaycanın Əməkdar Rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki , “Vətən övladı” qızıl ordeninin, “Dədə Qorqud” mükafatının, Leonardo da Vinçi medalının, “Avropanın şərəfi” ordeninin, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, akademiki, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı Sakit Məmmədov dünya mədəniyyətinə töhfəsinə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib.
Bakıda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Paytaxtda müəllimlərin diasnostik qiymətləndirilməsi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, cari ilin noyabr-dekabr aylarında əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq.
Müxalifət davranışını dəyişməlidir
Hazırkı şəraitdə müxalifət davranışını dəyişməli, iqtidardan pay gözləmək siyasətindən imtina etməli və xalqın içinə düşməlidir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, üfüqü anaşılmazlıqları kənara qoymağın vaxtı çoxdan çatıb: “ Dünyada demokratiya hərəkatı mövcuddur. Prosesləri müqayisədə qavramaq gərəkdir. Dünən Ukraynada baş verənləri unutmayaq. Ukrayna xalqının qəhrəmanlığına ABŞ-ın dəstəyi gəlməsəydi, Yanukoviç-Putin tandemi ukraynalıları qanında boğacaqdı. Bu gün Ukraynanın Şərqində baş verən separatizm hərəkatı, Krımın ilhaqı bütün dövləti sarıyacaqdı”.
Rusiya mətbuatı Azərbaycanın Gömrük Komitəsindən yazdı
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbu orqanı olan “Tamojnya” dərgisində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyinə həsr edilmiş “Dövlətin maraqlarını müdafiə edərkən” başlıqlı məqalə dərc olunub. Bu barədə DGK mətbuat xidmətindən verilən məlumata görə, məqalədə Azərbaycan gömrüyünün tarixindən, eləcədə müstəqil gömrük xidmətinin inkişaf yolundan bəhs edilir.
Aydın Əliyev ukraynalı həmkarını qəbul edib
Noyabrın 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədr müavini, Gömrük Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Miroslav Prodanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Olaylar” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açmış və qeyd etmişdir ki, Azərbaycan-Ukrayna əlaqələrinin perspektivi böyükdür.
II Azərbaycan Elm Festivalı Tibb Universitetində
Oktyabrın 31-də Bakıda AMEA-nın təşəbbüsü ilə təşkil olunan II Azərbaycan Elm Festivalına start verilib. Festival çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən tədbir noyabr ayının 1-də baş tutub.
Məşhur müğənni xanımı ilə ölümdən döndü
Türkiyənin məşhur müğənnisi Orhan Gencebay və xanımı Sevim Emre yol qəzasına düşüblər. Milli.Az "Sözcü"yə istinadla xəbər verir ki, onların maşını Ankara yolunda TIR ilə toqquşub.
Dərmanların idxalının dayandırılması ilə bağlı narazılıq yoxdur
“Dərman vasitələrinin istifadə təlimatının Azərbaycan dilində olması barədə xəbərdarlıq çoxdan verilib. Dəfələrlə bu məsələ ilə bağlı topdansatış müəssisələrinin və xarici şirkətlərin burdakı rəsmi nümayəndəlikləri ilə görüşlər keçirilib və məlumat verilib”. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM)APA-nın sorğusuna cavab olaraq bildirilib.
Səudiyyə Kralı 20 illik nizamı dəyişdi
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Nazirlər Kabinetində islahatları davam etdirir.
"Goldman Sachs" neftin 40 dollara düşəcəyi haqda xəbərdarlıq edir
«Goldman Sachs» investisiya bankı OPEC-in bu ay keçiriləcək konfransında neft hasilatını azaltma barədə razılaşma ehtimalının kiçildiyini hesab edir. İnvestisiya bankının ekspertləri düşünür ki, razılaşma olmasa, neft qiymətləri 40 dollara qədər düşə bilər.
Abdulatipov Rusiyaya qarşı sanksiyalar və Azərbaycan haqda
"Biz həmişə özümüzü Azərbaycanda rahat hiss edirik. Bu forumun formatı çox vacibdir. Biz yeni layihə və perspektivlər gözləyirik. Rusiya Azərbaycan ağır postsovet böhranından çıxan ölkələrdir. Azərbaycan vacib regional dövlətə, Rusiya isə böyük ölkəyə çevrilib”.
Jirinovski: “Tramp lap mənim tayımdır, təkcə pulu çoxdur...”
Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski hesab edir ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp eynən onun özüdür. Tək bir fərqi var ki, o da puludur.
Politoloqu "Birinci kanal"da döydülər
"Birinci kanal"ın "Zaman göstərər" tok-şousunun efirində fasilə zamanı ukraynalı politoloq Vyaçeslav Kovtunun üzünə zərbə vurublar.














