"Goldman Sachs" neftin 40 dollara düşəcəyi haqda xəbərdarlıq edir

«Goldman Sachs» investisiya bankı OPEC-in bu ay keçiriləcək konfransında neft hasilatını azaltma barədə razılaşma ehtimalının kiçildiyini hesab edir. İnvestisiya bankının ekspertləri düşünür ki, razılaşma olmasa, neft qiymətləri 40 dollara qədər düşə bilər.

"Goldman Sachs" investisiya bankı OPEC-in bu ay keçiriləcək konfransında neft hasilatını azaltma barədə razılaşma ehtimalının kiçildiyini hesab edir. İnvestisiya bankının ekspertləri düşünür ki, razılaşma olmasa, neft qiymətləri 40 dollara qədər düşə bilər.

Şirkətin analitiklərinin oktyabrın 31-də yayılan hesabatında deyilir: "Hasilat kvotalarının tətbiq olunması ilə bağlı irəliləyişin olmaması və OPEC istehsalçıları arasında getdikcə artan narazılıq noyabrın 30-da razılaşma əldə etmə ehtimalını azaldır".

Hesabatda qeyd edilir ki, indiyə qədər razılaşmanın olmaması neft qiymətlərini sərt bir şəkildə aşağı çəkib: "OPEC inandırıcı bir razılaşma təklif etməzsə, bizə görə, neft qiymətləri 40 dollara qədər geriləyəcək". Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31