Gündəm

Ərdoğanı dinləyib, məlumatları ABŞ-a göndərirlərmiş – FETÖ işi

1 Noyabr 2016 16:32

FETÖ ilə bağlı aparılan araşdırmalar zamanı yeni gizli detallar ortaya çıxıb.

Bəzi avtomobillərin texniki baxış müddəti başa çatıb - XƏBƏRDARLIQ

1 Noyabr 2016 16:23

Azərbaycanda bu gündən etibarən bəzi avtomobillərin texniki baxış müddəti başa çatıb. Bu barədə “Report”a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Çökən yolun bərpasına başlanıldı

1 Noyabr 2016 16:20

Oktyabrın 31-də axşam saatlarında Cəlilabad rayonunun Albalan-Xəlilli avtomobil yolunda qeydə alınan çökmə aradan qaldırılır.

"Deputat olmaq istəyən azərbaycanlının həyatı təhlükədədir"

1 Noyabr 2016 16:19

Gürcüstan parlamentinə namizəd və seçkinin real qalibi hesab olunan azərbaycanlı Əhməd İmanquliyevin həyatı təhkükədədir.

III Beynəlxalq Tibb Konqresi

1 Noyabr 2016 16:16

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Tələbələr və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresi öz işinə başladı. İki gün davam edəcək konqresin açılış günündə müxtəlif ölkələrdən nümayəndələr, ATU-nun professor-müəllim heyəti, tələbələri iştirak etdi.

20 yaşlı Kənanın NASA boyda yalanı... - VİDEO

1 Noyabr 2016 16:12

Hər kəsi necə aldatdı? Bir müddət əvvəl ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması ilə bağlı gündəmə gələn həmyerlimiz 20 yaşlı Kənan Əhmədlinin yalan danışdığı məlum olub.

Helikopter qəzaya uğradı: ölən və yaralılar var

1 Noyabr 2016 16:10

Soçinin Adler rayonunda "AC-50" helikopterinin evin damına düşməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Putin Xəzərlə bağlı tapşırıq verdi

1 Noyabr 2016 16:08

Rusiya prezidenti Vladimir Putin Xəzər hövzəsindəki Rusiya limanlarının inkişaf strategiyasını hazırlamağı tapşırıb. Olaylar.az Trend-ə istinadən bildirir ki, həmin strategiya limanlar vasitəsilə yük daşımalarının optimallaşdırılması üçün nəzərdə tutulub. Layihənin 2017-ci ilin martın 1-dək icra olunması gözlənilir.

Həmyerlisini bıçaqlayan ələ keçib

1 Noyabr 2016 16:06

Qusar rayonunda bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon sakini Ramiz Mirzəcanova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən həmyerlisi Vüsal Fərzəliyev tutulub. Araşdırma aparılır. 

Dəhşətli avtoqəzada 3 nəfər ölüb, 4-ü yaralanıb

1 Noyabr 2016 16:02

Oktyabrın 31-də saat 21 radələrində Nizami (Gəncə) rayonunun Sevinc qəsəbəsində Gədəbəy rayon sakini Rafiq Hüseynovun idarə etdiyi "VAZ-2106" və Şəmkir rayon sakini Ricad Qafarovun idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə R.Hüseynov və sərnişini Nicat Ələkbərov, habelə R.Qafarovun sərnişinlərindən Vüsal Əhmədov hadisə yerində ölmüş, R.Qafarov və 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır. 

Telefon oğrusu saxlanıb

1 Noyabr 2016 16:00

Sentyabrın 28-də Bakı şəhər sakini Asif Hüseynova məxsus mobil telefon itib. DN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ziya Fəttayev tutulub. Faktla bağlı araşdırma aparılır. 

İnək oğrusu tutulub

1 Noyabr 2016 15:59

Ağcabədidə oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon sakini Məcid Həsənova məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən həmyerlisi Rəşad Əlbəndov tutulub. Hazırda onun digər oğurluq hallarında iştirak məsələsi araşdırılır. 

Qanunsuz ovla məşğul olanlardan odlu silah götürülüb

1 Noyabr 2016 15:57

Daxili İşlər Nazirliyinin Baş İctimai Təlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə bir neçə reydlər keçirilib.

Avtomobil qaçırmağın yeni metodu

1 Noyabr 2016 15:55

DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən 2013-cü il yanvarın 27-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Razi Tağızadəyə məxsus "Mercedes" markalı avtomobilin oğurlanmış tranzit dövlət qeydiyyat nişanları üzərində olan "Lexus" markalı avtomiobilin Bərdə rayonu ərazisində hərəkətdə olması müəyyən edilmişdir. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil oktyabrın 28-də Bərdə rayonunun Həsənqaya kəndində saxlanılaraq sürücüsü - Bakı şəhər sakini Kənan Abdullayevlə birgə Bərdə RPŞ-yə təhvil verilib.

Nazir pambıq tədarükündən danışdı

1 Noyabr 2016 15:54

"Bu il Azərbaycanın kənd təsərrüfatı sahəsi üçün dönüş ili olub. Dönüş yalnız istehsal mühitində deyil, demək olar ki, bütövlükdə aqrar sektorda baş verib". Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə açıqlamasında bildirib. H.Əsədov qarşıya qoyulan məqsədlərə nail olunduğunu vurğulayıb:“Bizim nəzərdə tutduğumuz 100 min ton həcmimdə real məhsulumuz var.