20 yaşlı Kənanın NASA boyda yalanı... - VİDEO
Hər kəsi necə aldatdı? Bir müddət əvvəl ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması ilə bağlı gündəmə gələn həmyerlimiz 20 yaşlı Kənan Əhmədlinin yalan danışdığı məlum olub.
1 Noyabr 2016 16:12 SosialHər kəsi necə aldatdı?
Bir müddət əvvəl ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması ilə bağlı gündəmə gələn həmyerlimiz 20 yaşlı Kənan Əhmədlinin yalan danışdığı məlum olub.
Olaylar.az xəbər verir ki, Kənan AZƏRTAC-a müsahibəsində robot hazırlama üzrə təcrübə proqramını qazandığını və hazırladığı "Mələk beyni" adlı konsepsiyasının bəyənildiyini iddia etmişdi.
Bu gün isə AZƏRTAC sözügedən gənclə bağlı NASA-nın ictimaiyyətlə əlaqələr depatamentinə göndərdiyi sorğunun cavabını yayımlayıb. Məlum olub ki, 20 yaşlı Kənan hamını aldadıb.
Qurumun ictimiyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey Kənan Əhmədlinin NASA-nın kataloqunda qeydiyyatda olmadığını bildirib: "Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik".