Avtomobil qaçırmağın yeni metodu
DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən 2013-cü il yanvarın 27-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Razi Tağızadəyə məxsus "Mercedes" markalı avtomobilin oğurlanmış tranzit dövlət qeydiyyat nişanları üzərində olan "Lexus" markalı avtomiobilin Bərdə rayonu ərazisində hərəkətdə olması müəyyən edilmişdir. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil oktyabrın 28-də Bərdə rayonunun Həsənqaya kəndində saxlanılaraq sürücüsü - Bakı şəhər sakini Kənan Abdullayevlə birgə Bərdə RPŞ-yə təhvil verilib.
1 Noyabr 2016 15:55 SosialDövlət qeydiyyat nişanları dəyişdirilir
DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən 2013-cü il yanvarın 27-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Razi Tağızadəyə məxsus "Mercedes" markalı avtomobilin oğurlanmış tranzit dövlət qeydiyyat nişanları üzərində olan "Lexus" markalı avtomiobilin Bərdə rayonu ərazisində hərəkətdə olması müəyyən edilmişdir. DİN-dən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil oktyabrın 28-də Bərdə rayonunun Həsənqaya kəndində saxlanılaraq sürücüsü - Bakı şəhər sakini Kənan Abdullayevlə birgə Bərdə RPŞ-yə təhvil verilib. Həmçinin, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Bakı şəhər sakinləri Səxavət Hacıyevə məxsus "Mazda" və Vəfa Hacıyevaya məxsus "Honda" markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rasim Ağayev tutulmuş, dövlət qeydiyyat nişanları PB-yə təhvil verilib.