Gündəm

Gənclərdə vətənpərvərlik hissi yüksək səviyyədədir

1 Noyabr 2016 17:27

Son illər ərzində təkcə paytaxtda deyil, eləcə də regionlarda gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən silsilə tədbirlər keçirilir.

Yaş olimpiadada yüksək nəticə göstərməyimə mane olmayacaq

1 Noyabr 2016 17:25

Bu, təkcə bizim deyil, Azərbaycanın qələbəsidir. Öz Vətənimizə borcumuzu verdik.  Olaylar.az report-a istinadən bildirir ki, bunu karate üzrə 5 qat dünya çempionu Rafael Ağayev Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır

1 Noyabr 2016 17:24

Belçika hesab edir ki, Dağlıq Qarabağ kimi münaqişələr yalnız sülh yolu ilə həll olunmalıdır.

Türkiyədə qəhvəxanada atışma: ölənlər var

1 Noyabr 2016 17:22

Türkiyənin Rize vilayətindəki qəhvəxanalardan birində atışma olub. Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Ərazidə irimiqyaslı əməliyyata başlanıb.

"Gəlin paltarını görəndə ağladım, ərim yeyib-içib məni döyürdü" - VİDEO

1 Noyabr 2016 17:18

Kiçik yaşlarında evləndirilən qadının acı etirafları. ARB 24 xəbər verir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da boşanma halları gedərək çoxalmaqdadır. Aktuallığını itirməyən səbəblərdən biri isə erkən nikahdır.

SABAH tələbələri ilə görüş keçirilib

1 Noyabr 2016 17:14

Startaplar üzrə tanınmış mütəxəssis Tal Katran Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında təhsil alan tələbələrlə  görüşüb.

Keçən ay 84 min 162 ton dizel yanacağı ixrac edilib

1 Noyabr 2016 17:11

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin oktyabr ayında 84 min 162 ton dizel yanacağı, 5 min 843 ton təyyarə yanacağı, 7 min 519 ton yüksək təzyiqli polietilen, 6 min 191 ton maye piroliz qətranı və 3 min 541 ton propilen ixrac edib.

Təhsil naziri startaplar üzrə tanınmış ekspertlə görüşüb

1 Noyabr 2016 17:09

Təhsil naziri Mikayıl Cabbarov startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranı qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə startap mühitinin yaradılması və inkişafı məsələləri, eləcə də bu prosesdə təhsil müəssisələrinin rolu barədə müzakirələr aparılıb. Görüşdən sonra israilli ekspert tərəfindən Təhsil Nazirliyinin əməkdaşları üçün təlim təşkil edilib.

Avropada təhsil alan azərbaycanlı tələbənin möhtəşəm uğuru

1 Noyabr 2016 17:09

Azərbaycanlı tələbə Fuad Mərdiyev Dünya Dənizçilik Universitetinin (World Maritime University) 2015-2016-cı il magistratura pilləsini yüksək göstərici ilə bitirərək Beynəlxalq Dəniz Təşkilatının (İMO) Baş Katibi və Dünya Dənizçilik Universitetinin “Chancellor”u Kitack Lim tərəfindən Universitetin ən yüksək mükafatı olan "Chancellor's Medal" ilə təltif olunub. “OLAYLAR”-ın xəbərinə görə, qeyd edilən nəticə ilə F.Mərdiyev 47 ölkənin 110-dan çox namizədini qabaqlayaraq Azərbaycanımızın adını ən yüksək pilləyə qaldırıb.

Ceyhan limanından 1 milyon 669 min 743 ton xam neft ixrac edilib            

1 Noyabr 2016 17:07

SOCAR cari ilin oktyabr ayında Novorossiysk limanından 80 min 192 ton, Supsa limanından 267 min 643 ton, Ceyhan limanından isə 1 milyon 669 min 743 ton xam neft ixrac edib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə,  ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 978 min 240 ton, Supsa limanından 2 milyon 121 min 271 ton, Ceyhan limanından 13 milyon 992 min 213 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.

Nazirlikdən ceyran açıqlaması

1 Noyabr 2016 16:58

Təbii sərvətləri və bioloji müxtəlifliyi ilə Qafqazın zəngin bölgələrindən biri olan Azərbaycanın ən qiymətli fauna növləri sırasında ceyran (Gazella subgutturosa) xüsusi yer tutur. Ölkənin mədəni-məişət ənənələrində də geniş yer almış bu nadir növün hələ 20-ci əsrin ikinci yarısından başlayaraq nəslinin kəsilməsi təhlükəsi yaranmasına baxmayaraq, son illərdə Azərbaycan hökumətinin təbiəti mühafizə təşkilatları ilə birgə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ceyranların sayında nəzərə çarpacaq artım qeydə alınıb.

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlar ı beynəlxalq konfransda

1 Noyabr 2016 16:55

26-30 oktyabr 2016-cı ildə Makedoniyanın Skopye şəhərində  Turkiyənin Sakarya Universiteti tərəfindən İTWCCST-2016 “Kimya elmləri və texnologiyaları üzrə II-ci Beynəlxalq Türk Dünyası konfransı”  adlı Beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycan ikili vətəndaşlığı olan şəxsi “İnterpol” xətti ilə axtarışa verib

1 Noyabr 2016 16:52

Azərbaycan Respublikası (AR) daha bir şəxsi “İnterpol” xətti ilə beynəlxaq axtarışa verib. “Report”un xəbərinə görə, Nazim Aslanov adlı şəxs AR Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunur.

Parlament jurnalistləri səfirlərə müraciət edib

1 Noyabr 2016 16:49

Parlament Jurnalistlər Birliyi (PJB) Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrinə müraciət edib.”Olayların”–ın məlumatına görə Müraciətin məqsədi ölkəmizdə fəlaiyyət göstərən xarici ölkələrin səfirləri ilə  geniş müsahibələrin hazırlanmasıdır. Bu barədə PJB sədrinin müavini Aqil Aslan məlumat verib. Onun sözlərinə görə, noyabr ayından etibarən təşkil ediləcək görüşlərdə yazıların hazırlanması ilə yanaşı, səfirliklərlə əlaqələr, xarici ölkələrin mediası ilə əməkdaşlıq məsələləri də prioritetdir:

Azərbaycanlı oliqarxın yaxın dostu və ortağı həbs olundu

1 Noyabr 2016 16:36

Rusiyada daha bir iri biznesmen-oliqarx hüquq-mühafizə orqanlarının caynağına keçib. Olaylar.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən həftənin ortalarında "İnkişaf Korporasiyası" Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Maslov və onun müavini Vladimir Karamanov həbs olunublar. Onlar hazırda ləğvetmə prosesində olan "Narodnıy kredit" bankından 1 milyard rubl (15 milyon dollara yaxın) krediti götürüb mənimsəməkdə ittiham olunurlar.