Parlament jurnalistləri səfirlərə müraciət edib
Parlament Jurnalistlər Birliyi (PJB) Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrinə müraciət edib.”Olayların”–ın məlumatına görə Müraciətin məqsədi ölkəmizdə fəlaiyyət göstərən xarici ölkələrin səfirləri ilə geniş müsahibələrin hazırlanmasıdır. Bu barədə PJB sədrinin müavini Aqil Aslan məlumat verib. Onun sözlərinə görə, noyabr ayından etibarən təşkil ediləcək görüşlərdə yazıların hazırlanması ilə yanaşı, səfirliklərlə əlaqələr, xarici ölkələrin mediası ilə əməkdaşlıq məsələləri də prioritetdir:
1 Noyabr 2016 16:49 SosialParlament Jurnalistlər Birliyi (PJB) Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrinə müraciət edib."Olayların"-ın məlumatına görə Müraciətin məqsədi ölkəmizdə fəlaiyyət göstərən xarici ölkələrin səfirləri ilə geniş müsahibələrin hazırlanmasıdır. Bu barədə PJB sədrinin müavini Aqil Aslan məlumat verib. Onun sözlərinə görə, noyabr ayından etibarən təşkil ediləcək görüşlərdə yazıların hazırlanması ilə yanaşı, səfirliklərlə əlaqələr, xarici ölkələrin mediası ilə əməkdaşlıq məsələləri də prioritetdir:
"Biz səfirliklərin dəstəyi ilə xarici ölkələrin jurnalist təşkilatları, mətbuat orqanları ilə əməkdaşlığı daha da intensivləşdirmək niyyətindəyik. Məqsədimiz xarici mətbuatla münasibətlər qurub Qarabağ həqiqətlərinin, Ermənistanın Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımının xarici mediada işıqlandırılmasına nail olmaqdır", - deyə Aqil Aslan bildirib. Qeyd edək ki, PJB bu gündən başlayaraq xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının başçılarına rəsmi müraciətlər göndərib.