Gündəm
Bakıda 150 mindən çox əhali sürüşmə sahəsində yaşayır
Bakıda 150 mindən çox əhalinin məskunlaşdığı ərazidə böyük sürüşmə sahələri var. Olaylar.az bildirir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.
Prezident İlham Əliyev yol tikintisinə 6,6 milyon manat ayırdı
Prezident İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
Rusiyadan xəbərdarlıq: "Qarabağı itirəcəksiniz"
Rusiya Ermənistanda informasiya müharibəsində Qərbə məğlub olur. Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avrasiya İqtisadi İttifaqı İnstitutunun direktoru Vladimir Lepexin deyib.
Tək yaşayan qadını zorlamaq istədi
"Kiminsə ayaqlarımı öpdüyünü hiss etdim" Türkiyə daha bir təcavüz xəbəri ilə sarsılıb. Mili.Az Milliyet-ə istinadən bildirir ki, Aydının Didim Mahalında saat 05:00 radələrində dörd yaşlı qızı ilə yaşayan F.G.-ni zorlamaq istəyən şəxs onun evinə gəlir.
"Qızıl Məryəm"in qızına 18 il CƏZA verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda tanınmış qızıl alverçisi olan Məryəm Nemətzadəni öldürməkdə təqsirləndirilən qızı Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazovvə Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yeni qanunun məqsədi qanunvericilik bazasının təkmilləşdirilməsidir
«“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanunun məqsədi milli qanunvericilik bazasının təkmilləşdirilməsidir».
Nobel prospektində hərəkətin təşkilində daha bir yenilik ediləcək
Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişiklik ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, “Ağ şəhər” layihəsi çərçivəsində yenidən qurulan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişdiyi ərazidə hərəkət svetaforla ikifazalı rejimdə nizamlanacaq. Bundan başqa Nobel prospektində hər iki istiqamətdə geri dönmə yerlərinin açılması da nəzərdə tutulub. Geri dönmə hissələr kəsişmədən üzü Zığ istiqamətində 590 metrdən sonra, şəhər istiqamətində isə 380 metrdən sonra, Afiyəddin Cəlilov küçəsinin kəsişməsində yaradılacaq.
Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait toplanıb?
Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna toplanmış vəsaitlə bağlı statistik məlumatı açıqlayıb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, 1 noyabr 2016-cı il tarixədək fonda 77.501.135,23 AZN, 212.373,88 ABŞ dolları vəsait daxil olub. Bundan başqa 4793,69 avro və 5000,0 rubl vəsait də hesabat dörünə qədər fonda köçürülüb.
QHT-lər ABŞ səfiri ilə görüşüb
Noyabrın 1-də Sivil Toplum Platformasının (STP) nümayəndələri ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri, cənab Robert Sekuta ilə görüşüb. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə platforma üzvləri ilk növbədə STP-nin yaranma zərurəti və məqsədləri, habelə qarşıya qoyulan fəaliyyət istiqamətləri barədə məlumat veriblər. STP üzvləri həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, sosial-iqtisadi vəziyyət, Qarabağda davam edən işğal, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri barədə müzakirə aparıblar.
“Mən Azərbaycanlıyam” adlı milli bilik yarışmasının qalibləri mükafatlandırılacaq
Gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək məqsədi ilə keçirilən “Mən Azərbaycanlıyam” adlı milli bilik yarışmasının 6-cı mövsümü uğurla başa çatıb. GİN-dən “OLAYLAR”-a bildirilib ki, layihənin 6-cı mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi 2 noyabr 2016-cı il tarixdə keçiriləcək. Tədbirdə nazir Azad Rəhimovun da iştirakı nəzərdə tutulur.
Gün ərzində 1000-dən çox dekoder satılıb
Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilməsi ilə əlaqədar dekoderlərin satışında artım müşahidə olunub.
Bibiheybət və Bayıl sürüşmə sahələrində tədqiqatın nəticələri açıqlanıb
AMEA Geologiya və Geofizika İnstitutunun Bibiheybət və Bayıl sürüşmə zonalarında apardığı tədqiqatın nəticələri açıqlanıb.
Tramp Klintonu üstələyib - SORĞU
ABŞ-da keçirilən son rəy sorğusunda respublikaçı namizəd Donald Tramp demokrat rəqibi Hillari Klintonu üstələyib.
Bakı və Abşeronda TRT-1-in yayımı dayanıb
Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldıqdan sonra Türkiyənin TRT-1 telekanalının yayımı dayanıb.
Teleradio yayımı dövlət təhlükəsizliyinə aid fəaliyyət növü hesab ediləcək
Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunacaq.














