QHT-lər ABŞ səfiri ilə görüşüb
Noyabrın 1-də Sivil Toplum Platformasının (STP) nümayəndələri ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri, cənab Robert Sekuta ilə görüşüb. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə platforma üzvləri ilk növbədə STP-nin yaranma zərurəti və məqsədləri, habelə qarşıya qoyulan fəaliyyət istiqamətləri barədə məlumat veriblər. STP üzvləri həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, sosial-iqtisadi vəziyyət, Qarabağda davam edən işğal, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri barədə müzakirə aparıblar.
1 Noyabr 2016 17:57 SiyasətNoyabrın 1-də Sivil Toplum Platformasının (STP) nümayəndələri ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri, cənab Robert Sekuta ilə görüşüb. "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə platforma üzvləri ilk növbədə STP-nin yaranma zərurəti və məqsədləri, habelə qarşıya qoyulan fəaliyyət istiqamətləri barədə məlumat veriblər. STP üzvləri həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, sosial-iqtisadi vəziyyət, Qarabağda davam edən işğal, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri barədə müzakirə aparıblar.