Avropada təhsil alan azərbaycanlı tələbənin möhtəşəm uğuru

Azərbaycanlı tələbə Fuad Mərdiyev Dünya Dənizçilik Universitetinin (World Maritime University) 2015-2016-cı il magistratura pilləsini yüksək göstərici ilə bitirərək Beynəlxalq Dəniz Təşkilatının (İMO) Baş Katibi və Dünya Dənizçilik Universitetinin “Chancellor”u Kitack Lim tərəfindən Universitetin ən yüksək mükafatı olan "Chancellor's Medal" ilə təltif olunub. “OLAYLAR”-ın xəbərinə görə, qeyd edilən nəticə ilə F.Mərdiyev 47 ölkənin 110-dan çox namizədini qabaqlayaraq Azərbaycanımızın adını ən yüksək pilləyə qaldırıb.

Azərbaycanlı tələbə Fuad Mərdiyev Dünya Dənizçilik Universitetinin (World Maritime University) 2015-2016-cı il magistratura pilləsini yüksək göstərici ilə bitirərək Beynəlxalq Dəniz Təşkilatının (İMO) Baş Katibi və Dünya Dənizçilik Universitetinin "Chancellor"u Kitack Lim tərəfindən Universitetin ən yüksək mükafatı olan "Chancellorchr("39")s Medal" ilə təltif olunub. "OLAYLAR"-ın xəbərinə görə, qeyd edilən nəticə ilə F.Mərdiyev 47 ölkənin 110-dan çox namizədini qabaqlayaraq Azərbaycanımızın adını ən yüksək pilləyə qaldırıb.

Dünya Dəniçilik Universiteti Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təsis edilib və yüksək lisans və doktorluq proqramları təklif edir. Burada dünyanın bütün bölgələrindən dəniz nəqliyyatı sahəsi üzrə təcrübəli mütəxəssislər, öz ölkələrində yüksək akademik dərəcələr almış, habelə akademik karyera qurmuş şəxslər təhsil alır. Həmçinin bildirmək istərdik ki, Türkiyənin Baş Naziri Binəli Yıldırım, Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitack Lim və dəniz nəqliyyatı sahəsi üzrə çalışan bir sıra tanınmış müttəxəssilər qeyd edilən universitetin məzunlarıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31