SABAH tələbələri ilə görüş keçirilib

Startaplar üzrə tanınmış mütəxəssis Tal Katran Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında təhsil alan tələbələrlə  görüşüb.

Startaplar üzrə tanınmış mütəxəssis Tal Katran Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında təhsil alan tələbələrlə  görüşüb. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi  xəbərə görə, görüş SABAH tələbələrinin tədrisdənkənar inkişafına şərait yaratmaq məqsədilə keçirilən "Açıq dərs"lər çərçivəsində təşkil edilib.  Tədbirdə startapların effektivliyi, gənclərin bu sahəyə marağının artırılması, startapların yaradılması və fəaliyyəti, motivasiya mövzusunda tələbələrlə interaktiv müzakirə aparılıb. Tal Katran informasiya texnologiyaları sahəsində yaradılmış və inkişaf etdirilmiş startaplar haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31