Azərbaycanlı rəssam Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib

Azərbaycanın Əməkdar Rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki , “Vətən övladı” qızıl ordeninin, “Dədə Qorqud” mükafatının, Leonardo da Vinçi medalının, “Avropanın şərəfi” ordeninin, Rusiyanın nüfuzlu “Minilliyin adamı” mükafatının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, akademiki, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı Sakit Məmmədov dünya mədəniyyətinə töhfəsinə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib.

Azərbaycanın Əməkdar Rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki , "Vətən övladı" qızıl ordeninin, "Dədə Qorqud" mükafatının, Leonardo da Vinçi medalının, "Avropanın şərəfi" ordeninin, Rusiyanın nüfuzlu "Minilliyin adamı" mükafatının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, akademiki, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafı Sakit Məmmədov dünya mədəniyyətinə töhfəsinə görə Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Avropa Təbiət Elmləri Akademiyasının bölməsindən - "İrs" Mərkəzindən bildiriblər ki, Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət heyəti də akademik Sakit Məmmədovun təsviri sənətin inkişafına şəxsi töhfəsini nəzərə alaraq, onu K.Şpitsveq medalı ilə mükafatlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31