Rusiya mətbuatı Azərbaycanın Gömrük Komitəsindən yazdı
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbu orqanı olan “Tamojnya” dərgisində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyinə həsr edilmiş “Dövlətin maraqlarını müdafiə edərkən” başlıqlı məqalə dərc olunub. Bu barədə DGK mətbuat xidmətindən verilən məlumata görə, məqalədə Azərbaycan gömrüyünün tarixindən, eləcədə müstəqil gömrük xidmətinin inkişaf yolundan bəhs edilir.
1 Noyabr 2016 15:39 SosialRusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbu orqanı olan "Tamojnya" dərgisində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyinə həsr edilmiş "Dövlətin maraqlarını müdafiə edərkən" başlıqlı məqalə dərc olunub. Bu barədə DGK mətbuat xidmətindən verilən məlumata görə, məqalədə Azərbaycan gömrüyünün tarixindən, eləcədə müstəqil gömrük xidmətinin inkişaf yolundan bəhs edilir. Vurğulanır ki, 1991-ci iloktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması ilə ölkənin yeni gömrük sisteminin formalaşdırılması üçün əlverişli tarixi şərait yaranmışdır. Müstəqil Azərbaycan gömrüyü demək olar ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə həmyaşıddır. Müstəqilliyin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradılmışdır. Qeyd edilir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının qorunması, xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi olub. Qısa zaman kəsiyində milli gömrük xidmətinin yaradılması bütün kəskinliyi ilə qarşıda durub. Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan verməyib.