Ermənistan görüşlərdən qaçır
Elman Məmmədov: “Həmsədrlərin bu fəaliyyətsizliyi, digər beynəlxalq qurumların ədalətsiz mövqeyi son nəticədə Azərbaycanı məcbur edəcək ki, torpaqlarını hərb yolu ilə işğaldan azad etsin” Cari ilin aprel ayında cəbhədə baş verən məlum hadisələrdən sonra Ermənistanın beynəlxalq aləmdəki havadarları bu ölkəni məhv olmaq təhlükəsindən xilas etmək üçün diplomatik fəallığı artırsalar da, lakin ötən müddət ərzində bu fəallıq heç də istənilən nəticəni vermədi. Əksinə beynəlxalq aləm tərəfindən nümayiş etdirilən ermənipərəsət mövqe işğalçı ölkəni daha da qeyri-konstruktiv olmağa sövq etdi. Bütün bunlar nəticə etibarilə belə bir fikir formalaşdırdı ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində göstərilən təşəbbüslərin heç bir nəticəsi yoxdur. Elə həmsədrlərin regiona son səfəri də bunu bir daha təsdiqlədi. Bəs görəsən belə bir situasiyada hansı addımın atılması zərurətə çevrilir?
1 Noyabr 2016 14:28 SiyasətElman Məmmədov: "Həmsədrlərin bu fəaliyyətsizliyi, digər beynəlxalq qurumların ədalətsiz mövqeyi son nəticədə Azərbaycanı məcbur edəcək ki, torpaqlarını hərb yolu ilə işğaldan azad etsin"
Cari ilin aprel ayında cəbhədə baş verən məlum hadisələrdən sonra Ermənistanın beynəlxalq aləmdəki havadarları bu ölkəni məhv olmaq təhlükəsindən xilas etmək üçün diplomatik fəallığı artırsalar da, lakin ötən müddət ərzində bu fəallıq heç də istənilən nəticəni vermədi. Əksinə beynəlxalq aləm tərəfindən nümayiş etdirilən ermənipərəsət mövqe işğalçı ölkəni daha da qeyri-konstruktiv olmağa sövq etdi. Bütün bunlar nəticə etibarilə belə bir fikir formalaşdırdı ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində göstərilən təşəbbüslərin heç bir nəticəsi yoxdur. Elə həmsədrlərin regiona son səfəri də bunu bir daha təsdiqlədi. Bəs görəsən belə bir situasiyada hansı addımın atılması zərurətə çevrilir?
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyir ki, məsələ ilə bağlı Azərbaycan dövləti mövqeyini bəyan edib: "Bizim mövqeyimiz ondan ibarətdir ki, biz bir qarış torpağımızı heç kimə güzəştə getməyəcəyik və ərazi bütövlüyü məsələsi danışıqların mövzusu ola bilməz. Biz ərazilərimizi işğaldan azad edəcəyik. Həmsədrlər bildirirlər ki, biz bölgədə dayanıqlı sülhə nail olunmasını, tərəflərin siyasi iradə nümayiş etdirib razılığa gəlməsini, qarşılıqlı etimad yaranmasını istəyirik. Əgər yeni ideyalar bunlardısa mənasız fikirlərdir. Necə ola bilər ki, erməni silahlı qüvvələri torpaqlarımızı işğal altında saxladığı halda qarşılıqlı etimad olsun? Bəlkə həmsədrlər bununla demək istəyirlər ki, həmin torpaqları Ermənistana bağışlayaq? Bu ola bilməz. Onlar nə deyirlər desinlər, Azərbaycan son nəticədə məcbur olacaq ki, sözünü hərb yolu ilə desin. Azərbaycan Ordusu torpaqları işğal azad etmək üçün hər an hazırdır və bu gücə, qüvvətə, potensiala malikdir. İstər Azərbaycan cəmiyyəti, istərsə də Ermənistan və onun xarticdəki havadarları bu ilin aprel ayında bunun əyani şahidi oldu. Həmsədrlərin bu fəaliyyətsizliyi, digər beynəlxalq qurpumların ədalətsiz mövqeyi son nəticədə Azərbaycanı məcbur edəcək ki, torpaqlarını hərb yolu ilə işğaldan azad etsin. Bunun məsuliyyəti isə birbaşa işğalçı Ermənistanın, həmsədrlərin və öz qətnamələrini icra etdirə bilməyən beynəlxalq təşkilatların üzərinə düşəcək". Millət vəkili onu da qeyd edib ki, cari ilin aprel ayında cəbhədə baş verən döyüşlərdə işğalçı Ermənistan ciddi dərs aldı və həmin döyüşlərin nəticələri həm ermənilər, həm də ATƏT-in Misnk qrupunun həmsədrləri üçün məyusedici oldu: "Ona görə də, bu hadisədən sonra həmsədrlər narahat olaraq döyüşləri dayandırıb danışıqlar prosesini bərpa etməyi təklif etdilər. Bəlkə də, döyüşlərdə erməni tərəfi üstünlük qazansaydı, onlar belə narahat olmazdılar. Çünki həmsədrlər sanki işğalçı Ermənistanın müdafiəçiləri, havadarları təsiri bağışlayırlar. Əgər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri, həmsədr dövlətlərin başçılarının bəyanatlarında əksini tapan məsələlər icra olunarsa onda vəziyyət tamamilə başqa cür olardı. Amma həmsədrlər bütün bunlar üçün heç bir əməli iş görməyiblər. Görünən odur ki, heç nə etmək istəmirlər. Bunların işi peşəsi turist səfərləri etməkdir.
Düşünürəm ki, onların məqsədi münaqişənin həllinin vaxtını uzadıb Azərbaycanı güzəştə məcbur etmək istəyirlər. Buna da nail ola bilmirlər. Çünki Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətlə biz irəli gedirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan inkişaf edir, ordumuz güclənir". Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsi məsələsinə gəlincə Elman Məmmədov deyib ki, artıq uzun illərdir Ermənistanda "Qarabağ klanı" bu münaqişə üzərində siyasi hakimiyyəti zəbt edib və bu ölkəni çapıb talayırlar: "Ermənistan bütün sahələrdə fəlakətin, uçurumun astanasındadır. "Qarabağ klanı" nə qədər ki, hakimiyyətdədir, onlar münaqişənin sülh yolu ilə həllinə mane olacaqlar. O cümlədən də, icmaların görüşünə, insanların yaxınlaşmasına razılıq verməzlər. Çünki cinayətkar rejim qorxur ki, bu görüşlər Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirər. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizə son səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdü. O səmimi olaraq etiraf etdi ki, Azərbaycan tərəfinin mövqeyindən çox razıdır. Çünki Azərbaycan xalqında erməni xalqına qarşı düşmənçilik hissləri yoxdur. Amma o, Ermənistanda vəziyyətin əksinə olduğunu dedi. Bildirdi ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə Ermənistan hakimiyyətini razı sala bilmir. Erməni tərəfi bu görüşlərin keçirilməsindən qaçır. Əslində, mən separatçı rejimin rəhbərliy ilə görüşlərin keçirilməsinin tərəfdarı deyiləm. Görüşlər o zaman məqbul olar ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Belə görüşlərin keçirilməsini də onlar bizdən xahiş etsinlər. Amma Dağlıq Qarabağda yaşayan sadə insanlarla, ictimaiyyət nümayəndələri ilə görüşlərin keçirilməsi yaxşı olardı".
Süleyman