Məlahət İbrahimqızı “Avronest” PA-nın profil komitəsinin həmsədri seçilib
Ukrayna paytaxtında Avronest Parlament Assambleyasının (PA) siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə iclasları keçirilir. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı da iştirak edir.
1 Noyabr 2016 14:19 SosialUkrayna paytaxtında Avronest Parlament Assambleyasının (PA) siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin birgə iclasları keçirilir. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Rasim Musabəyov və Məlahət İbrahimqızı da iştirak edir. Məlumata görə, tədbirin ilk günündə, Avronest PA Ukrayna Ali Radasında işə başlamazdan əvvəl iştirakçılar bu ölkənin Xarici İşlər Nazirliyində olublar. Avronest PA-nın şərq komponentindən sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin həmsədri seçilib. Avronest PA-nın bu mühüm profil strukturunun həmsədri vəzifəsinə Azərbaycan Milli Məslisinin deputatı Məlahət İbrahimqızı seçilib. Məlahət İbrahimqızı isə mətbuata açıqlamasında bu təyinatı özünün şəxsi uğuru kimi deyil, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan parlamentarizminin Avropa siyasəti məsələlərinin həllində, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində xidmətlərinin nəticəsi kimi qiymətləndirdiyini vurğulayıb. O, qeyd edib ki, bu gün regionda heç bir məsələ rəsmi Bakının rəyi nəzərə alınmadan həll edilmir. Deputat daha sonra vurğulayıb ki, Azərbaycan regionun ən nüfuzlu aktoru kimi iri siyasi, enerji və nəqliyyat layihələrini reallaşdırır. Noyabrın 1-də Avronest PA siyasi məsələlər, insan hüquqları və demokratiya komitəsinin və sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclası öz işini başa çatdıracaq.