Gündəm
Şagirdlərin “Bakıelektrikşəbəkə”-yə ekskursiyası təşkil edilib
Binəqədi Rayon İcra Hakimiyyəti və M.Ə.Rəsulzadə Bələdiyyəsinin ictimai-humanitar sektorunun birgə təşkilatçılığı ilə qəsəbəsi ərazisindəki məktəblərin yuxarı sinif şagirdlərinin “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinə ekskursiyası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, ictimai-humanitar sektorun rəhbəri Günel Vahabzadə, bələdiyyə üzvləri, “Bakıelektrikşəbəkə” ASC Yarımstansiya Muzeyinin direktoru Pərisoltan Ramazanova, Rəsulzadə qəsəbəsi ərazisindəki məktəblərin yuxarı sinif şagirdləri, ASAN könüllüləri iştirak ediblər.
Hərbi attaşelər Ali Hərbi Məktəbində olublar
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, on dörd dövləti təmsil edən hərbi attaşelik aparatının on yeddi nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları maraqlandıran suallar cavablandırılıb. Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
“Bütün sahələrdə Ermənistandan ona görə üstün olmalıyıq ki,...”
“Bütün sahələrdə Ermənistandan ona görə üstün olmalıyıq ki, işğal altındakı torpaqları tez geri qaytara bilək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, ancaq bir istiqamətdə Ermənistandan geri qala bilərik: “ Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı çəvçivəsində Brüssellə assosiativ sazişi Gürcüstan, Ukrayna və Moldova imzaladılar, müxtəlif səbəblərdən Azərbaycan və Ermənistan imzalamadılar. Bu ilin başlanğıcında Brüsselə ilk olaraq Azərbaycan prezidenti səfər etdi, bir neçə gün əvvəl isə Ermənistan prezidenti də Avropa İttifaqının paytaxtında görüşlər keçirdi.
Gənclərin radikal təsirlərdən qorunması vacibdir
Masallı şəhər “Dəfinə” məktəb-liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis şöbəsi və Masallı Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis şöbəsi və Masallı Rayon Təhsil şöbəsinin rəhbərliyi, “Dəfinə” məktəb-liseyinin müəllim və şagirdləri, həmçinin KİV nümayəndələri iştirak ediblər. DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Bu cür bəlalarla mübarizədə ictimai qınağın önəmini diqqətə çatdıran natiq, həmçinin erkən nikahların qaşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü qeyd edib.
“Qarabağ Kolleksiyası” Britaniyanın “Vogue” jurnalında
Reproduktiv sağlamlığa dair seminarlar keçirilir
Paytaxtdakı ümumi təhsil müəssisələrində “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminarlar təşkil olunur. “OLAYLAR”-ın xəbərinə görə, proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilir, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirmə işləri aparılır.
Bakı-Sumqayıt elektrik qatarının tariflərində dəyişiklik edildi
Martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, xidmət xərclərinin balanslaşdırılması məqsədilə, 3 mart 2017-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı 1 -1,60 manat arasında dəyişəcək. Belə ki, qatardakı ekonom yerlər 1 manat, biznes yerlər isə 1,60 manat müəyyən edilib.
CNN: ABŞ kəşfiyyatı Rusiya səfirini casus hesab edir
ABŞ kəşfiyyatı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı casus hesab edir. Bu barədə CNN ABŞ hökumətinin hazırkı və əvvəlki nümayəndələrinə istinadən xəbər yayıb.
Gürcüstana gələn turistlərin sayına görə Azərbaycan ilk pillələrdə qərarlaşıb
Bu ilin ilk iki ayı ərzində Gürcüstanı 294 min turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,3% çoxdur.
Rusiya hərbi bazalarında yoxlamalara başladı
Rusiyanın Qaraçay-Çərkəz, Dağıstan, Çeçenistan respublikalarında və Krımdakı hərbi hissələrində həyəcan siqnalı verilib. Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti yayıb. Həyəcan siqnalı hərbi hissələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədi ilə verilib. Yoxlamaya 3 min hərbçi, 1000-dən çox hərbi texnika cəlb edilib. Cəlb edilən hərbi texnika sırasında T-72B3 tankları, PDM-3 - piyadaların döyüş maşını, ZTR-82A zirehli transportyoru olub.
Hakim partiyanın üzvü müxalifətdən olan namizədi bıçaqladı
Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" partiyasının deputatlığa namizədi Abram Adamyan bıcaqlanıb. İnsident Ararat vilayətinin Sayat-Nova kəndində qeydə alınıb. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Naira Zohrabyan "Azadlıq" radiosunun Ermənistan xidmətinə bıcaqlayan şəxsin hakim Respublika partiyasının üzvü olduğunu bildirib. Zohrabyan ölkədə seçkiqabağı mübarizənin siyasi müstəvidən kriminal müstəviyə keçdiyini deyir.
Türkiyədə ardıcıl 4 zəlzələ - EVLƏR UÇDU
"Adıyamanda baş verən zəlzələ nəticəsində insan tələfatı olmasa da, dağıntılar var". Bu barədə Fövqəladə Hallar Nazirliyinin Adıyaman əyalətinin başçısı Osman Ərtoğrul Altuğ bildirib.
İranda azərbaycanlı sahibkarlara GÜZƏŞT
"İranın Məşhəd şəhərində azərbaycanlı sahibkarlara hotel tikmək üçün güzəştlər təklif edilir". Bunu İranın Məşhəd şəhərinin icra başçısının investisiya və əməkdaşlıq şöbəsinin sədri Məhəmmədrza Məzci deyib. O deyib ki, Məşhəd şəhərinin icra orqanı bu müqəddəs şəhərdə hotel tikmək istəyən azərbaycanlı iş adamlarına xüsusi güzəştlər təklif edir: "Onlara torpaq sahəsi ayrılacaq və tikinti üçün icazə veriləcək".
Yevlaxda sahibkarlara güzəştli kredit verilib
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti forum martın 2-də Yevlax rayonunun Yuxarı Bucaq kəndində keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Yevlax rayonundan olan 1100-dən çox sahibkara 34,3 milyon manat güzəştli kredit verilib.
Telefon oğurlayan qadın tutulub
Bakıda oğurluqla mşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, yanvarın 19-da Bakı şəhər sakini Təhminə Rəhimovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Əminə Zeynalova Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Həmçinin martın 1-də metronun "Nizami" stansiyasının platformasında Bakı şəhər sakini Əfsanə Abbasovanın çantasından 114 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən paytaxat sakini Tərlan Əliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.














