Hərbi attaşelər Ali Hərbi Məktəbində olublar

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, on dörd dövləti təmsil edən hərbi attaşelik aparatının on yeddi nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları maraqlandıran suallar cavablandırılıb. Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, on dörd dövləti təmsil edən hərbi attaşelik aparatının on yeddi nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları maraqlandıran suallar cavablandırılıb. Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31