“Bütün sahələrdə Ermənistandan ona görə üstün olmalıyıq ki,...”

“Bütün sahələrdə Ermənistandan ona görə üstün olmalıyıq ki, işğal altındakı torpaqları tez geri qaytara bilək”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, ancaq bir istiqamətdə Ermənistandan geri qala bilərik: “ Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı çəvçivəsində Brüssellə assosiativ sazişi Gürcüstan, Ukrayna və Moldova imzaladılar, müxtəlif səbəblərdən Azərbaycan və Ermənistan imzalamadılar. Bu ilin başlanğıcında Brüsselə ilk olaraq Azərbaycan prezidenti səfər etdi, bir neçə gün əvvəl isə Ermənistan prezidenti də Avropa İttifaqının paytaxtında görüşlər keçirdi.

Elxan Şahinoğlu: "İşğal altındakı torpaqları tez geri qaytara bilək"

"Bütün sahələrdə Ermənistandan ona görə üstün olmalıyıq ki, işğal altındakı torpaqları tez geri qaytara bilək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, ancaq bir istiqamətdə Ermənistandan geri qala bilərik: " Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı çəvçivəsində Brüssellə assosiativ sazişi Gürcüstan, Ukrayna və Moldova imzaladılar, müxtəlif səbəblərdən Azərbaycan və Ermənistan imzalamadılar. Bu ilin başlanğıcında Brüsselə ilk olaraq Azərbaycan prezidenti səfər etdi, bir neçə gün əvvəl isə Ermənistan prezidenti də Avropa İttifaqının paytaxtında görüşlər keçirdi. Rəsmi Bakı danışıqlara başlayaraq Avropa İttifaqı ilə strateji sənədin üzərində işləyəcək. Sənədin bu il imzalanacağı hələ bilinmir. Bunun qarşılğında rəsmi İrəvan Brüssellə danışıqları başa çatdıraraq tərəfdaşlıq sazişini imzalamağa yaxındır. Ermənistanın bir üstünlüyü də odur ki, Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Bu Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanmasında başlıca şərtlərdən biridir. Azərbaycan isə Ümumdünya Ticarət Təşkilatının üzvü deyil və nə vaxt üzv olacağı da bəlli deyil, danışıqlarda irəriləyiş yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31