Yevlaxda sahibkarlara güzəştli kredit verilib
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti forum martın 2-də Yevlax rayonunun Yuxarı Bucaq kəndində keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Yevlax rayonundan olan 1100-dən çox sahibkara 34,3 milyon manat güzəştli kredit verilib.
2 Mart 2017 16:28 SosialSahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti forum martın 2-də Yevlax rayonunun Yuxarı Bucaq kəndində keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Yevlax rayonundan olan 1100-dən çox sahibkara 34,3 milyon manat güzəştli kredit verilib.
Qeyd edilib ki, ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 514,3 milyon manat güzəştli kredit ayrılıb.Tədbir çərçivəsində Yevlax və ətraf rayonlardan olan sahibkarlıq subyektlərinə 790 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, plastik boru istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Yevlaxda güzəştli kreditlərdən istifadə etməklə yaradılmış müasir istixana kompleksinə baxış keçirilib.
Qeyd edək ki, indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən illik istehsal gücü 90 min ton tərəvəz, 10,4 milyon dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri və 250 ton üzüm olan 55 müasir istixana kompleksinə 170,6 milyon manat güzəştli kredit verilib.