Türkiyədə ardıcıl 4 zəlzələ - EVLƏR UÇDU
"Adıyamanda baş verən zəlzələ nəticəsində insan tələfatı olmasa da, dağıntılar var". Bu barədə Fövqəladə Hallar Nazirliyinin Adıyaman əyalətinin başçısı Osman Ərtoğrul Altuğ bildirib.
2 Mart 2017 16:38 Dünya"Adıyamanda baş verən zəlzələ nəticəsində insan tələfatı olmasa da, dağıntılar var". Bu barədə Fövqəladə Hallar Nazirliyinin Adıyaman əyalətinin başçısı Osman Ərtoğrul Altuğ bildirib.
Onun sözlərinə görə, Adıyamanda Müsəllə məscidinin minarəsi dağılıb.
Adıyamanın Akdamar kəndinin icra başçısı Necmettin Öztürk CNNTürk-ə müsahibəsində güclü zəlzələnin olduğunu deyib: "15 ev uçdu. Kənddə iki nəfər yaralanıb. Kənddəki evlərin yarısı uçub. Evlər girilməz hala düşüb". Report.az
***
Türkiyənin Adıyaman bölgəsində 5,5 bal gücündə yeraltı təkan qeydə alınıb. "Olaylar" "Milliyet" - ə istindən bildirir ki, zələlənin episentri Samsan bölgəsidi. Yeraltı təkanın həyacanını yaşayan sakinlər daha sonra 4, 2 bal gücündə zəlzələyə şahid olublar.
Boğaziçi Universitetinin Kandili Rəsədxanasının Zəlzələ araşdırma mərkəzi yeraltı təkanın 14:07 radələrində yaşanıb. Yerin 10 km dərinliyində meydana gələn təkan Adıyamanla bərabər, Qaziantep, Kilis, Batman və Şanlıurfada da şiddətlə hiss edilib.
Verilən məlumata görə, teraltı təkan zamanı vəfat edən olmayıb.