Gündəm
Anar Məmmədov atası işdən çıxarılan kimi Xocalıdan imtina etdi
Keçmiş nazir Ziya Məmmədovun biznesmen oğlu Anar Məmmədov atasının işdən çıxarılmasından sonra yoxa çıxıb. 5 ildir ki, ABŞ-da "Xocalıya ədalət" kampaniyası keçirən Azərbaycan-Amerika Alyansının sədri Anar Məmmədov bu il heç bir tədbir keçirməyib. Anar Məmmədovun əmisi, eks-deputat Elton Məmmədov bir müddət öncə müsahibəsində bu haqda demişdi: "Anar Məmmədov fəal gənclərdən biri olaraq Leyla xanım Əliyevanın apardığı "Xocalıya ədalət" kampaniyasında, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliğ olunmasında, Amerika-Azərbaycan münasibətlərinin qurulmasında və digər bu kimi dövlətin maraqlarına uyğun tədbirlərdə iştirak edir".
Rusiya XİN: Moskva Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə ünsiyyəti dəstəkləyir
Rusiya Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə ünsiyyəti dəstəkləyir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya bu münaqişənin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
Rusiya XİN: Lapşin Bakıda lazımi hüquqi yardım alır
Bloqer Aleksandr Lapşinin işi üzrə istintaq davam edir, onun saxlanma şəraiti ilə bağlı şikayət daxil olmayıb.
Şaxtada partlayış: ÖLƏNLƏR VAR
Ukraynada Lvov vilayətinin Sokol rayonunun Qluxov kəndində "Lvovuqol" ASC-yə məxsus şaxtada partlayış baş verib. Metan partlaması nəticəsində qaya çöküb. Hadisə zamanı şaxtada 172, qəza sahəsində 34 nəfər olub. Onlardan 11-i ölüb, 6 yaralı şaxtaçı yuxarı çıxarılıb. 20 şaxtaçının taleyi naməlum olaraq qalır. Partlayışın səbəbləri müəyyənləşdirilir.
Əfv Komissiyası 100-dən çox müraciətə baxdı
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Avropa Parlamenti üzvlərinə çağırış: "Diqqətli olun!"
Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsində Avropa Parlamentinin (AP) nümayəndə heyətinin rəhbəri Səyyad Kərim parlament üzvlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar bəyanatla çıxış edib.
Azərbaycan mətbuatı media azadlığı göstəricilərinə görə regionun və MDB məkanının lider ölkəsidir
Azərbaycan demokratik cəmiyyətin bir üzvü olaraq hər zaman bu prinsiplərə sadiqlik nümayiş etdirib, ölkədə demokratik ənənələrinin inkişaf etdirilməsinə çalışıb. Söz, fikir, məlumat azadlığı, plüralizm də demokratik prinsiplər sırasında ön sırada olduğundan Azərbaycanda bu istiqamətdə də müsbət irəliləyişlər baş verib.
Mövlud Çavuşoğludan Suriyadakı kürd qruplaşmasına XƏBƏRDARLIQ
"Türkiyə Əl-Babdan sonra Mənbicə girəcək. YPG Mənbicdən çəkilməsə, onları vuracağıq". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Natiq Kərimovun məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qəbul imtahanlarına ödəniləcək məbləğ HESABLANIR
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. DİM-dən verilən xəbərə görə, iclasın gündəliyi "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" prezidentin sərəncamı, DİM-in elektron xidmətlərdən istifadə etmək üçün yaradılan "Şəxsi kabinet" və ödəmə üsulları, imtahanda iştirak üçün ödəniləcək məbləğ, növbəti tədris ili üçün nəzərdə tutulan dəyişikliklər, SAT imtahanı nəticələri əsasında aparılan müsabiqə və digər məsələlərin müzakirəsindən ibarət olub.
Azərbaycanda sərhəddən buraxılma qaydası dəyişir
Şəxslərin, nəqliyyat vasitələrinin və digər əmlakların Azərbaycanın dövlət sərhədindən buraxılma qaydaları dəyişdirilir.
Putin və Poroşenko arasında telefon danışığı olub Kreml təsdiqlədi
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petro Poroşenko arasında telefon danışığı olub. SİARİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, dövlət başçıları Donbasdakı vəziyyətlə fikir mübadiləsi aparıblar.
Tarixi Muzeyinə şəhid materialları təhvil verilib
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub nümayiş etdirilməsində, təbliğində və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir.
İslam ensiklopediyası”nın hazırlanması məqsədilə dünya ölkələrinin təcrübəsi öyrənilir
Azərbaycanda ilk dəfə olaraq uşaqlar və yeniyetmələr üçün “İslam ensiklopediyası”nın hazırlanması məqsədilə hazırda dünya ölkələrinin təcrübəsi öyrənilir. “OLAYLAR”-ın xəbərinə görə, Bu barədə AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.
Tələbələrə miqrasiya qanunvericiliyinin tələbələri öyrədilir
Dövlət Miqrasiya Xidməti Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrlə görüş təşkil edib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, görüşdə həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin respublikamızda haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi üçün iş icazələrinin alınması prosedurları barədə məlumat verilib.














