Gündəm

Tuba boşanma xəbərlərinə münasibət bildirdi

2 Mart 2017 19:10

Aktrisa Tuba Büyüküstün aktor həyat yoldaşı Onur Saylakdan boşanma xəbərlərinə münasibət bildirib.  "İstanbul kırmızısı" filmində çəkilən Tuba ekran işinin rejissoru Ferzan Özpeteklə birgə restoranlardan birindən çıxarkən görünüb.

Elm adamları ŞOKDA: İlk canlının qalıqları TAPILDI - FOTO

2 Mart 2017 19:10

Elm adamları dünyadakı "ən qədim canlı orqanizmlərə" aid ola biləcəyini düşündükləri qalıqları Kanadanın Quebec bölgəsindəki bir qayalıqda aşkar ediblər. Məlumatda Kanadadakı qayalıqlarda olan qalıqların tarixinin 4.28 milyard il əvvələ aid olduğu qeyd edilir. 

Tütün emalı ilə məşğul olan fiziki şəxslərə də subsidiya veriləcək

2 Mart 2017 19:06

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Yaponlar insan ürəyinin döyüntüsünü ölçən cihaz yaradıblar

2 Mart 2017 19:05

Yaponiyanın məşhur “Panasonic” elektronika firması kamera ilə görüntüsü qeydə alınan insanın ürəyinin döyüntüsünü ölçə bilən cihaz hazırlayıb.

Formula 1-in təşkili ilə bağlı Azərbaycana gələcək şəxslər üçün viza proseduru sadələşdirilir

2 Mart 2017 19:00

Prezident İlham Əliyev 2017 Formula 1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

ADU-da çinli alimlə görüş keçirilib

2 Mart 2017 18:48

Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Pekinin Mərkəzi İqtisad Universitetinin tanınmış alimi, tarix elmləri doktoru Çjan Pin ilə görüş keçirilib.

IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları Azərbaycana vizasız səfər edəcəklər

2 Mart 2017 18:40

Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Xəstəxananın damı çökdü - Pasiyentlər dağıntılar altında

2 Mart 2017 18:38

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində xəstəxananın damı çöküb. Xəstəxananın əməkdaşları və xəstələr dağıntılar altında qalıb. Hazırda hadisə yerində xilasedicilər işləyir. Dağıntılar altında nə qədər adamın qaldığı məlum deyil. Ölüm ehtimalı böyükdür. Qəzanın səbəbləri araşdırılır.

Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi keçiriləcək

2 Mart 2017 18:37

Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında sərəncam imzalayıb. 2017-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi tamam olur.

Ermənistana məxsus taktiki PUA məhv edilib

2 Mart 2017 18:31

Cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki PUA Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

İlham Əliyev Bolqarıstan Prezidentini təbrik edib

2 Mart 2017 18:20

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevə təbrik məktubu göndərib.

Moskvada "şəriət patrulu" peyda oldu

2 Mart 2017 18:19

"Haramı dayandırın!" layihəsinin iştirakçısı İslam İsmayılov Moskvanın küçələrində patrul xidməti aparmağa və ictimai yerlərdə siqaret çəkənləri və spirtli içkidən istifadə edənləri aşkar etməyə başlayıb.

Cocuq Mərcanlıda 2 tank əleyhinə mina tapılıb

2 Mart 2017 18:07

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 4 evə baxış keçirilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, baxış zamanı 531 ədəd qəlpə, 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, nəticə etibarilə 32 207 kv.m ərazi (7 033 kv.m əl ilə, 11 400 kv.m mexaniki üsulla və 13 774 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

AMEA Naxçıvan Bölməsində elmi ekspedisiyalar aparılacaq

2 Mart 2017 18:04

AMEA Naxçıvan Bölməsində aprel ayından etibarən elmi ekspedisiyalara başlanılacaq. Məqsəd Naxçıvan Muxtar Respublikanın qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması, o cümlədən tədqiqat işlərinin nəticəsi olaraq mоnоqrafiyaların və kitabların hazırlanıb çap edilməsindən ibarətdi.

İki uşaq anasının sevgilisini niyə öldürdüyü məlum oldu - VİDEO

2 Mart 2017 17:54

Türkiyədə, Antalyanın Manavqat mahalında qırğız əsilli 34 yaşlı Aygül Nurbekin 31 yaşlı sevgilisi Salim Sarıkayanı ürəyindən bıçaqlayaraq öldürdüyü haqda xəbər vermişdik.  Aygülün sevgilisini qətlə yetirməsinin səbəbi istintaqa məlum olub.