Yaponlar insan ürəyinin döyüntüsünü ölçən cihaz yaradıblar

Yaponiyanın məşhur “Panasonic” elektronika firması kamera ilə görüntüsü qeydə alınan insanın ürəyinin döyüntüsünü ölçə bilən cihaz hazırlayıb.

Yaponiyanın məşhur "Panasonic" elektronika firması kamera ilə görüntüsü qeydə alınan insanın ürəyinin döyüntüsünü ölçə bilən cihaz hazırlayıb. "Təmassız həyatı qavrama" adlanan bu texnologiya hərəkət edən idmançının ürək döyüntüsünü ölçmək məqsədilə hazırlanıb. Yeni cihazla təzyiq və stress səviyyəsinin də ölçülməsi mümkün olacaq. Gələn il satışa çıxarılması planlaşdırılan "təmassız həyatı qavrama" cihazının daha da təkmilləşdirilməsi nəzərdə tutulub. AZƏRTAC xarici saytlara istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31