Gündəm
Millət vəkilinin kitabı çap edilib
Millət vəkili Aydın Mirzəzadənin "Heydər Əliyev siyasi irsinin politoloji aspektləri" adlı kitabı nəşr olunub. “OLAYLAR”-ın xəbərinə görə, kitabda Azərbaycanın və dünyanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti, nəzəri baxışları bir elmi sistem kimi götürülür, onun formalaşmasının tarixi səbəbləri araşdırılır, fəaliyyətinin siyasi elmin inkişafına verdiyi töhvə əsaslandırılır.
Cəbhədə gərginlik artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 196 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 265 dəfə pozub.
"Ermənistanın qeyri-ciddi ölkəyə çevrilməsində Nalbandyanın böyük "xidmətləri" var"
- Edvard Nalbandyanın yubiley əhval ruhiyyəsini pozmaq istəməzdik, belə ki, o Ermənistanda qeyd olunan diplomatiya günündə həmkarları qarşısında öyünməyə çalışaraq Ermənistanın "uğurlu" xarici siyasətindən danışıb. Nalbandyanın nazir statusunda səkkiz illik fəaliyyəti dövründə Ermənistan daha da təcrid olunmuş vəziyyətə düşüb. Ermənistan bu gün etibarsız, qeyri-ciddi və öz mövqeyi olmayan tərəf kimi qəbul olunur ki, nəticə etibarilə bunda da Nalbandyanın "xidmətləri" böyükdür. Ümumiyyətlə, Ermənistanda hakimiyyət başında olan hərbi diktatura rejiminin Ermənistanı sürətli şəkildə fəlakətə və tənəzzülə apardığı hər kəsə, xüsusilə erməni xalqına aydındır.
Əli Həsənov: "Məcburi köçkünlər iki aylıq ödənişləri Novruz bayramından əvvəl alacaqlar"
"Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sabah Dövlət Komitəsində müşavirə keçirib, siyahılara baxacağam". Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə. Həsənov deyib ki, məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl fevral və mart ayları bir yerdə veriləcək: "Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi olaraq aparılacaq. Hər ay dəqiqləşmə aparılacaq. Ola bilər ki, 3-5 yanlış düşüb, nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq".
Novruz bayramında Əfv Sərəncamı ola bilər MÜNASİBƏT
“Ümumiyyətlə Əfv Sərəncamının nə zaman imzalanacağını yalnız cənab Prezident İlham Əliyev müəyyən edir. Çünki əfv Prezidentin müstəsna konstision hüquqlarındandır. Amma Əfv Komissiyasının iclasları davam edir. Artıq xeyli sayda ərizəyə baxılıb. Buna baxılaraq müvafiq rəy hazırlanması barədə qərar qəbul edilib”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Tanınmış qəzetin binasına SİLAHLI HÜCUM
Səhər saatlarında "Cumhuriyet Gazetesi"nin Şişlidəki binasının qarşısından silah səsləri gəlib. Naməlum silahlı şəxs qəzetin ön divarına atəş açdıqdan sonra avtomobilə minərək oradan uzaqlaşıb. Məsələ ilə bağlı araşdırma aparılır.
Kristina Aqilera üçüncü dəfə ana olacaq
Müğənni Kristina Aqileranın üçüncü dəfə hamilə olması haqda xəbərlər yayılıb. 10 həftə sonra İnstaqramda ilk paylaşımı edən müğənninin "Ürəyimə gedən son addımlar" qeydini yazması fanatları arasında hamiləlik iddialarını gücləndirib. Kristinanın əri Metyu Ratler və uşaqları ilə Meksikada tətildən çəkilmiş yeni fotosu da onun hamilə olmasını sübut edib.
Barış Arduç toya hazırlaşır
Aktyor Barış Arduç sevgilisi, aktrisa Gupse Özayın ailə ilə tanış olub. O, bu məqsədlə Gupsenin ailəsinin yaşadığı İzmirə gedib. Özay ailəsi Barışı kürəkənləri kimi qarşılayıb. Cütlüyün toya hazırlaşdığı qeyd edilir.
Çağatay Ulusoyun "İçerde"ki aktrisa ilə sevgili olmasına açıqlama
Aktrisa Bensu Soral "Biz size döneriz" filminin qala gecəsinə qatılıb. "İçerde" serialında çəkilən Bensu tərəf müqabili Çağatay Ulusoyun sirrini açıb.
“Uşaq musiqisi və müasirlik”
Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib. İttifaqdan “Olaylar” – a bildirilib ki, tədbirdə ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə konfransın mövzusunun aktuallığından danışıb. Uşaq musiqisinin problemlərinə toxunan F.Əlizadə bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Müasir dövrdə uşaq musiqisinin problemləri” mövzusunda məruzə ilə çıxış edib.
“Dastan” brendinin yeni kolleksiyası
Şirvanşahlar Sarayı Kompleksində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin “Şirvanşahlar” kolleksiyasının təqdimat mərasimi keçirilib. Mərasimdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək Ənənəvi İncəsənət Mərkəzi barədə məlumat verdi. Bildirib ki, rəhbərlik etdiyi idarənin və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi olan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərir.
Mərkəzi Kitabxanada təlim
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 2017-cı ilin Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunma qaydaları” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.
“MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi”- "Qırmızı bağ"
Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filmi Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına nominant elan olunub.
“Gəl, gözəl bahar, coşsun arzular”
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi muzeyin filialı olan Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun konserti keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, istedadlı gənc pianoçu Nəriman Əmiraslanov baharın ilk günündə dinləyicilərə bahar ovqatı bəxş edib. Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim edilib.
Kür və Araz transsərhəd çaylarında monitorinq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.














