“MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi”- "Qırmızı bağ"

Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filmi Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” mükafatına nominant elan olunub. 

Mirbala Səlimlinin "Qırmızı bağ" bədii filmi Rusiyada 30-cu "Nika" mükafatının "MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi" mükafatına nominant elan olunub. "Nika" Rusiya Kinematoqrafiya Sənəti Akademiyası tərəfindən təsis edilən mötəbər milli kinematoqrafiya mükafatıdı. Kinostudiyadan "Olaylar" - a bildirilir ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ" filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində lentə alınıb. Ekran əsərinin ssneari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Qeyd edək ki, "Qırmızı bağ" bədii filmi Avstriyanın LET'S CEE Beynəlxalq Film Festivalının "İddialı debüt" müsabiqə proqramına dəvət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31