Gündəm

Mədət Quliyev: “Ermənilərin törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub"

3 Mart 2017 12:14

“Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub. Beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir”.

Malena Mardın Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatır

3 Mart 2017 12:10

Malena Mardın Avropa İttifaqının Azərbaycanda nümayəndəliyinin rəhbəri vəzifəsində səlahiyyət müddəti başa çatır.  Onun Azərbaycanı yaxın vaxtlarda tərk edəcəyi gözlənilir, dəqiq tarix isə hələlik məlum deyil. Onu bu vəzifədə kimin əvəz edəcəyi də hələlik açıqlanmayıb.

Moskvada tunel tikintisi zamanı baş verən qəzada ölənlərin sayı 2-yə çatıb

3 Mart 2017 12:08

Ötən gün Moskvada tikilməkdə olan tuneldə baş verən qəza zamanı dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. 

Malena Mard: “Azərbaycan və Avropa İttifaqı danışıqların növbəti mərhələsinə hazırlaşır”

3 Mart 2017 12:06

“Azərbaycanla yeni saziş üzrə danışıqlar prezident İlham Əliyevin səfəri zamanı - fevralın 7-də Brüsseldə başlayıb”.

BQXK nümayəndələri Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçıya baş çəkiblər

3 Mart 2017 12:05

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları 2014-cü ilin dekabr ayında Ağdamrayonunda saxlanılmış erməni hərbçiyə baş çəkiblər.

Mard: "Status kvo" dayanıqlı deyil

3 Mart 2017 12:03

"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyirik". Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Yanıqlar və ondan qorunma üsulları MÜTƏXƏSSİS FİKRİ

3 Mart 2017 11:59

“Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinə müraciət edən xəstələrin hər birinə peşəkar şəkildə tibbi yardım göstərilir. Lakin təəssüflə qeyd etmək olar ki, son dövrlər şöbəyə müraciət edənlərin içərisində uşaqların sayı daha çoxluq təşkil edir”. Bunu  yanıq şöbəsinin həkim-cərrahı Ülviyyə Zeynalova deyib.

Politoloq: “Hər gün ermənilər ciddi itkilər verirlər”

3 Mart 2017 11:56

“Cəbhədəki döyüşlər bir daha sübut etdi ki, informasiya müharibəsi bəzən heç də səngərdən az vacib deyil. Ən əsası da, döyüşlərin ilk günlərində hər iki ölkənin sosial şəbəkələrində müxtəlif, təsdiq olunmamış informasiyaların yayılması təbii ki, sadə xalqı çaşdırıb. Buna görə mən hər kəsi rəsmi mənbələri səbrlə gözləməyi və tələsik informasiyalara uymamağı çağırıram”. Bunu politoloq Zaur Məmmədov deyib.

Aksiz markası olmayan külli miqdarda xarici siqaret aşkar olunub

3 Mart 2017 11:52

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub.

SAM-ın yeni nəşri çap edilib

3 Mart 2017 11:50

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xüsusi nəşri olan "SAM-ın şərhləri"nin növbəti sayı ingilis dilində çap edilib. “OLAYLAR”-ın xəbərinə görə, SAM-ın aparıcı elmi işçisi Sahib Cəfərovun müəllifi olduğu “Qərbi Avropada müsəlman icmaları: Böyük Britaniyanın nümunəsində” adlanan bu yeni nəşrdə Britaniyada etnik milli azlıqlara dair siyasətin formalaşmasının tarixi inkişafı, müsəlman icmalarının yerli cəmiyyətlərə inteqrasiyası, onların siyasi fəaliyyətin başlıca tendensiyaları, təhsil və işsizlik problemlərinin həllində ortaya çıxan çətinliklərin xüsusiyyətləri bu tədqiqat işində nəzərdən keçirilib.

Dollar ucuzlaşdı, bəs qiymətlər niyə düşmür?

3 Mart 2017 11:48

Bir ay öncə manat dollara nisbətən möhkəmlənməyə başladı. Belə ki, fevralın 3-də manatın dollar kursu əvvəli günə nisbətən 1.9200-dən 1.911-dək dəyişdi. Nəticədə, manat bü günə 1.7548 məzənnəsi ilə daxil oldu.

Deputat: “Kürəyinə bıçaq saplayanlar da az olmayıb türkün”

3 Mart 2017 11:46

“Xaricdə səfərdə olsam da, telefonum dayanmadan zəng çalır və mesajlar gəlir. Jurnalist həmkarlarım millət vəkili həmkarımız Arif müəllimin fikirlərinə münasibət bildirməyimizi xahiş edir. Açığı mən Arif müəllimin elə bir açıqlama verdiyinə, elə fikirlər söylədiyinə inanmaq istəmirəm və yəqin ki, özü bu məsələyə geniş açıqlama gətirəcək və bu, çox vacibdir. Övladı olmaqdan hər zaman qürur duyduğum Türk millətinə gəlincə, onu demək istəyirəm ki, könlü genişdir Türk millətinin. Sevgi ilə qucaqlayandır hər dindən, dildən, millətdən olan insanı.

2600-ə yaxın sərxoş sürücü cərimələnib

3 Mart 2017 11:43

Yanvarın 1-dən fevralın 25-dək Bakı şəhəri üzrə 96 yol nəqliyyat hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.V.Əsədov bildirib ki, qəzalar nəticəsində 25 nəfər həlak olub, 112 nəfər isə müxtəlif xəsarət alıb.Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8 fakt, iki ölüm və 14 xəsarət faktı artıb. V.Əsədov bildirib ki, bu rəqəm artıq ciddi narahatlıq doğurur və əlavə tədbirlərin görülməsinə zərurət yaradır.Bölmə rəisi bildirib ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı 124 min inzibati protokol yazılıb. Onun sözlərinə görə, protokollardan 2600-ə qədəri sərxoş sürücülər, 34-ü isə avtoxuliqanlarla bağlıdır:“Ən çox qayda pozuntusu ötmə, manevr etmə və yol ayrıcı qaydalarının pozulmasıdır. Bundan əlavə, mərkəzi məlumat sistemi vasitəsilə elektron qaydada 99 min protokol tərtib edilib”.

Qaradağda narkomaniya əleyhinə tədbir keçirilib

3 Mart 2017 11:42

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd narkomaniyaya qarşı mübarizə məqsədilə ilətəlimçilərin hazırlanmasıdır.

Gənclər arasında dini maarfiləndirmə işləri aparılır

3 Mart 2017 11:37

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” adlı maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirmə işlərinin davam etdiyini bildirib. O, gənc nəsillərə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olmasını qeyd edərək müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.