Malena Mard: “Azərbaycan və Avropa İttifaqı danışıqların növbəti mərhələsinə hazırlaşır”

“Azərbaycanla yeni saziş üzrə danışıqlar prezident İlham Əliyevin səfəri zamanı - fevralın 7-də Brüsseldə başlayıb”.

"Azərbaycanla yeni saziş üzrə danışıqlar prezident İlham Əliyevin səfəri zamanı - fevralın 7-də Brüsseldə başlayıb". Bu sözləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, hazırda hər iki tərəf danışıqların növbəti mərhələsinə hazırlaşır: "Düşünürəm ki, biz hazırlıq işimizdə çox ambisiyalıyıq. Danışıqların növbəti mərhələsi çox tezliklə başlayacaq. Aramızda razılaşmanı daha geniş sahələrdə - iqtisadiyyat, miqrasiya, ticarət, idarəçilik, insanlararası əlaqələr və mədəniyyət sahələrində inkişaf etdirməyə dair konsensus mövcuddur. Ona görə də tərəflərin hazırlaşması üçün daha çox məsələlər var". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31