Gündəm

Tramp Əfqanıstan prezidentinə vəd verdi

3 Mart 2017 13:06

ABŞ prezidenti Donald Tramp və əfqanıstanlı həmkarı Əşrəf Qəni Əhmədzay arasında telefon danışığı baş tutub.

İki uşaq anası özünü öldürdü - Əri iş yoldaşını zorladığına görə

3 Mart 2017 13:04

Türkiyədə intihar hadisəsi qeydə alınıb. İki uşaq anası Rəbiyə Qaraqaya özünü 4-cü mərtəbədən atıb. Çoxlu qan itirən Rəbiyə həlak olub. Hadisə ötən gün gecə saat 3-də baş verib. Deyilənlərə görə, o, əri təcavüzdən həbsə girdikdən sonra depressiyaya düşdüyünə görə canına qəsd edib.

Məktəbə qəbul qaydalarında dəyişiklik - Mənfi halların qarşısı alınacaq

3 Mart 2017 12:54

Əvvəlki illərdən fərqli olaraq bu il Bakıda sentyabrda məktəblərdə birinci sinfə gedəcək uşaqların qeydiyyatına hələ də başlanılmayıb. Bununla bağlı bir neçə valideyn  müraciət edərək narahatlıqlıqlarını bildiriblər.

Hava pisləşəcək – Xəbərdarlıq

3 Mart 2017 12:51

Bakı və Abşeron yarımadasında martın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Rahil Məmmədov: "Aprel ayında meydanlara qayıdacağam" 

3 Mart 2017 12:48

Bir müddətdir zədədən əziyyət çəkən “Neftçi”nin gənc müdafiəçisi Rahil Məmmədov hazırkı durumu haqqında açıqlama verib. O, bərpa prosesi keçmək üçün səylə məşq etdiyini bildirib: "Məşqlər proqram üzə davam edir. Əlavə olaraq fiziki məşqçi ilə hazırlıq keçirəm. Çalışırıq fiziki durumumu komandanın səviyyəsinə çatdırım ki, sabah komandaya qoşulanda çətinliyim olmasın. Hər şey qaydasında olsa, aprel ayında meydanlara qayıdacağam. Yaranan boşluqdan istifadə edərək öz üzərimdə bir az daha çox işləməliyəm”.

Dərsliklərdəki qüsurlara DİM-dən REAKSİYA: “Mənbəyi məlum olmayan məlumatlar...”

3 Mart 2017 12:46

Orta məktəb dərsliklərində yol verilən nöqsanlar zaman-zaman gündəmə gəlir. Bəzi iradlar müəlliflər tərəfindən qəbul edilsə də, bəzilərinin doğru olmadığı bildirilir. Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyət göstərdiyi dövrdə bu istiqamətdə araşdırmalar aparılıb, nəticələri Təhsil Nazirliyi, eləcə də ictimaiyyətə açıqlanıb. Hazırda TQDK-nın fəaliyyətini Dövlət İmtahan Mərkəzi davam etdirir. Bu günlərdə DİM struktur və kadr islahatları aparılıb və Afiqə Batıyeva Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri təyin edilib.

Tarix Muzeyinə etnoqrafik material təqdim edildi

3 Mart 2017 12:39

Milli adət-ənənələrimizin öyrənilməsində mühüm  rol oynayan Tarix  Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsi vətəndaşların təqdim etdiyi yeni materiallar hesabana daim zənginləşir. Muzeydən “Olaylar” – a bildirilir ki, bu materiallar dövrün etnoqrafik mədəniyyətini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdi.

Respublika çaylarında mövcud vəziyyət

3 Mart 2017 12:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-200, Kiçik Qafqazın çaylarında 170-240, Lənkəran-Astara bölgəsi çaylarında isə  150-350  faizini təşkil edir.

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

3 Mart 2017 12:35

“Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2650 nömrəli quyu qazmadan sonra istismara verilib.”OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1296-1290 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Ağsuda avtomobil yolunun tikintisi davam edir 

3 Mart 2017 12:34

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlər davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 29 km, eni əvvəllər 6 metr olan yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edəcək.

Türkiyə və Qazaxıstan arasında hərbi saziş

3 Mart 2017 12:32

Türkiyə ilə Qazaxıstan arasında hərbi siyasi sahədə mühüm anlaşma imzalanıb. Qeyd edək ki, saziş Xüsusi Təyinatlı Birliklərin Hərbi Təlimləri ilə əlaqədardı. Ötən axşam memorandum Qazaxıstan parlamentindəki səs vermədə qəbul edilib. Memeoranduma əsasən hər iki ölkədə hərbi təlimlərin keçirilməsi proseduru təminatı və təşkili ilə əlaqədar maddələr mövcuddur.

Türkiyədə sərhəd pozuntusu

3 Mart 2017 12:27

Səhər saatlarında iki yunan hərbi katerinin və bir mülki yaxtanının Türkiyənin dəniz sərhəddini pozmaq cəhdlərinin qarşısı alınıb. Türk hərbi gəmilərinin əraziyə gəlişindən sonra yunan katerlər öz sahələrinə çəkiliblər. Şübhəli görülən Premiara adlı yaxta Türk sərhədçilər tərəfindən saxlanılıb. Yaxtada yoxlama aparıldıqdan sonra gəmi ilə birgə ekipaj  heyyəti də sərbəst buraxılıblar. Hal hazırda bölgədə iki Türk mühafizə katerinin keşik çəkdiyi bildilir.

“Rabitə işi” üzrə məhkəmədə sənədlərin tədqiqi davam etdirilib

3 Mart 2017 12:22

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Əli Həsənov: “Ermənistanın işğalçı siyasəti artıq himayədarları tərəfindən də qəbul olunmur”

3 Mart 2017 12:20

“Cocuq Mərcanlıda səfərdə olan zaman Rusiyanın Azərbaycandakı səfiri Doroxin dedi ki, adətən informasiya işi ilə məşğul olur, kağız üzərində işləyirlər. Bildirdi ki, Cocuq Mərcanlıda dağıntının nə demək olduğunu, kiçik bir kəndin qısa müddətdə necə dağıdıldığını gözləri ilə görüblər”.

DTX rəisi: “Azərbaycanın 900-dək vətəndaşı Suriya və İraqda terrorçulara qoşulub”

3 Mart 2017 12:16

“Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altındaSuriya və İraqda terrorçulara qoşulub”. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.