Tarix Muzeyinə etnoqrafik material təqdim edildi

Milli adət-ənənələrimizin öyrənilməsində mühüm  rol oynayan Tarix  Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsi vətəndaşların təqdim etdiyi yeni materiallar hesabana daim zənginləşir. Muzeydən “Olaylar” – a bildirilir ki, bu materiallar dövrün etnoqrafik mədəniyyətini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdi.

Milli adət-ənənələrimizin öyrənilməsində mühüm  rol oynayan Tarix  Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsi vətəndaşların təqdim etdiyi yeni materiallar hesabana daim zənginləşir. Muzeydən "Olaylar" - a bildirilir ki, bu materiallar dövrün etnoqrafik mədəniyyətini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdi.

Belə ki, Bakı şəhəri sakini R.Hüseynov tərəfindən Muzeyə XIX əsrin birinci yarısına aid etnoqrafik eksponat - çul təqdim olunub. Yundan olan çul zil texnikası ilə hazırlanıb. Qara rəngli eksponatın üzəri quş təsvirləri, aşağı hissəsi isə hörmə qotazlı saçaqllarla bəzədilib. Çulun yuxarı hissəsində ərəb əlifbası ilə h. 1251 (1835/1836) tarixi də qeyd olunub.

Etnoqrafiya fonduna daxil olmuş bu etnoqrafik materialdan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi tədqiqatlarda mənbə kimi də istifadə olunucaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31