Gündəm
Terrorçu benzindaşıyan maşınları partlatdı
Nigeriyanın şimal-şərqində terrorçu-intiharçı 3 benzindaşıyan maşını partladıb. Hadisə Mayduquri şəhərində baş verib. Terrorçu benzindaşıyan maşınının yanında partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində yaxınlıqdakı daha iki maşın da alışıb.
Bloqger Mehman Hüseynov 2 il azadlıqdan məhrum edildi
Bloqger Mehman Hüseynova hökm oxunub. Məlumata görə, M. Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, bir müddət əvvəl M. Hüseynov saxlanılıb. O, Nəsimi rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib.
Adam oğurluğu ilə məşğul olan şəxslər tutulub
Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai RPİ 35-ci PB-yə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanmasını bildirib.
Ataları aylardır Leyla ilə bacısını axtarırdı - Pis xəbər Türkiyədən gəldi
Ötən ilin martında İŞİD-ə qatılmaq üçün Kopenhagenin yaxınlığındakı Bröndbi Stand səmtindəki evlərindən qaçan Leyla və Hazal Olqunun Suriyaya keçdikləri məlum olub.
Röya: "Əgər qocalanda efirə çıxıb gic-gic danışsam..."
Əməkdar artist Röya qadının ən gözəl yaş dövrünün 30-dan 40-a qədər olduğunu söyləyib. Müğənni Azərbaycanda müasir kino sahəsinin inkişafından danışıb. O, yerli filmlərin çəkilməsini müsbət hal kimi qiymətləndirib: "Filmlərin məni bir tamaşaçı kimi qane edib-etməməsi o qədər də əhəmiyyətli deyil. Ən önəmlisi odur ki, xoşdur. Çox şadam ki, Azərbaycanda da filmlər çəkilir.
Davos "dəhşəti", yoxsa yeni ümid yolu: dünya sistemli dəyişmə astanasında
İsveçrənin Davos şəhərində keçirilən ənənəvi forum başa çatıb. Burada 140 ölkədən 2500 nümayəndə, 50 dövlət başçısı iştirak edib. Forumun əsas şüarı "Qayğıkeş və məsuliyyətli liderlik" olub.
Elmi Kitabxananın Nadir kitab fondunun inciləri
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Nadir kitab fondunun inciləri”nin təqdimatı keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Nadir fondun təqdimatının əhəmiyyətindən danışıb. Kitabxanadan “Olaylar" – a bildirilib ki, L.İmanova təqdimatları keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbayacan haqqında həqiqətləri geniş ictimaiyyətə çatırmaqdı. Qeyd edildi ki, görülən işlər, təqdimatlar operativ şəkildə mek.az saytında, kitabxanaya məxsus sosial şəbəkələrdə və mediada paylaşılmaqla ictimaiyyətə çatdırılır.
Masazırdakı sürüşmə sahəsi ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə baş verən sürüşmə-çökmə prosesinin əhatə sahəsi genişlənə bilər. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ukraynada saxlanılan azərbaycanlı nazir 73 milyon dollar vəsaiti mənimsəməkdə şübhəli bilinir
Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir. Onun vəkili bildirib ki, hazırda R. Nəsirov xəstəxanaların birinin reanimasiya şöbəsindədir. Həkimlər R. Nəsirovun infarkt keçirdiyini bildiriblər.
PKK terrorçuları ilə kürd silahlıları arasında atışma: ölən və yaralananlar var
İraqın Mosul əyalətinin Sincar rayonunda terrorçu PKK qruplaşmasının üzvləri ilə Suriyadan olan kürd silahlıları (peşmərgə) arasında baş verən atışma nəticəsində 5 terrorçu məhv edilib.
Fransada Xocalı soyqırımının tanınması üçün PETİSİYA - Siz də imzalayın
Fransalı vəkil Olivye Pardo tərəfindən Fransa hakimiyyətinin Xocalı soyqırımını tanıması üçün petisiya təqdim edilib. Petisiya change.org saytında dərc olunub və ölkə hakimiyyətinə müraciət olunub
Dərbənddə terror aktının qarşısı alınıb
Dağıstanın Dərbənd şəhərində partlayıcı qurğular yerləşdirilmiş avtomobil aşkar edilib. Federal Təhlükəsizlik Xidmətinin mütəxəssisləri bombanı zərərsizləşdirə biliblər.
Çavuşoğludan Almaniyaya XƏBƏRDARLIQ: "Özünü aparmağı öyrən"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanı ikili standartlar tətbiq etməkdə təqsirləndirib. Nazir Almaniyanı Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın tədbirdə çıxışını ləğv etdiyinə görə kəskin tənqid edib.
Aleksandr Povetkin diskvalifikasiya olundu
Dopinq-testdən keçə bilməyən rusiyalı boksçu Aleksandr Povetkin qeyri-müəyyən müddətə yarışlardan kənarlaşdırılıb. Bu barədə Ümumdünya Boks Şurası (WBC) qərar verib. 38 yaşlı idmançı, həmçinin 250 min dollar həcmində cərimə ödəməli olacaq.
Daxili işlər naziri işə at belində gəldi
Martın 1-də ABŞ Konqresinin Senatında daxili işlər naziri vəzifəsinə təyin olunan Rayan Zinke ertəsi gün işə Vaşinqton süvari polisinin müşayiəti ilə at belində gəlib. Siyasətçi müvafiq fotoşəkili özünün rəsmi "Twitter" səhifəsində yerləşdirib.














