Adam oğurluğu ilə məşğul olan şəxslər tutulub

Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai RPİ 35-ci PB-yə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanmasını bildirib.

Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai RPİ 35-ci PB-yə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanmasını bildirib. 35-ci PB əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla bigə S.Abbasovu "Opel" markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb orada saxlamaları müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z.Sultanov, A.Səmədzadə və qardaşı Fərid tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31