PKK terrorçuları ilə kürd silahlıları arasında atışma: ölən və yaralananlar var
İraqın Mosul əyalətinin Sincar rayonunda terrorçu PKK qruplaşmasının üzvləri ilə Suriyadan olan kürd silahlıları (peşmərgə) arasında baş verən atışma nəticəsində 5 terrorçu məhv edilib.
3 Mart 2017 13:31 Dünyaİraqın Mosul əyalətinin Sincar rayonunda terrorçu PKK qruplaşmasının üzvləri ilə Suriyadan olan kürd silahlıları (peşmərgə) arasında baş verən atışma nəticəsində 5 terrorçu məhv edilib. Hər iki tərəfdən çoxlu sayda yaralı var.
İnformasiyaya əsasən, 500 kürd silahlısı ötən gün Suriya ilə İraq sərhədində yerləşən Sinune-Hanesur rayonuna yerləşdirilib.
Qeyd edək ki, terrorçu PKK qruplaşması Sincarda da düşərgə qurub. İraqın şimalındakı kürd muxtar hökuməti terrorçuların bu hərəkətinə etiraz edir. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31