Gündəm
"Bizim evin qonaqları"
Mart ayının 9 – da, saat 15:00-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət evi "Bizim evin qonaqları" rubrikasında növbəti görüş keçiriləcək. Baş İdarədən “Olaylar” – a bildirilir ki, Binəqədi qəsəbə Mədəniyyət evində təşkil olunacaq görüşün budəfəki qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Mədəniyyət Attaşesi Doktor Əhməd Sami Elaydi olacaq.
Təyyarədə BOMBA
Misirin Egypt Independent qəzetinin xəbərinə görə ötən gün İskəndəriyyə şəhərinin hava limanında Rusiya vətəndaşının baqajındanpartlayıcı qurğu aşkarlanıb. Bomba ilə saxlanan şəxs Türk Hava Yollarının təyyarəsi ilə İstanbula uçacaqmış. Böyük xoşbəxtlikdən faciənin qarşısı alınıb və bomba yerləşdilrilən çantanın təyyarəyə keçməsi əngəllənib. Həbs edilən Rusiya vətəndaşının şəxsiyyəti açıqlanmayıb. Hadisə ilə əlaqədar hər hansı rəsmi açıqlama verilməyib.
Nərgiz Əliyevanın yeni kitabı
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın yeni - "Ибн Макула о мухаддисах Азербайджана" əsəri işıq üzü görüb. Muzeydən “Olaylar” – a verilən məlumata görə, kitabda orta əsrlərin məhşur ərəb alimi İbn Makulanın (1030 – 1082) “Əl-İkmal” əsəri araşdırılır. Burada onun Azərbaycana səyahətinin təəssüratları öz əksini tapıb. N.Əliyeva alimin yaradıcılığını səciyyələndirərkən topladığı bilgilərin böyük elmi dəyərini nəzərə çatdırıb.
Nazir Musiqili Teatrın əməkdaşlarını mükafatlandırdı
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev 10 - Mart Milli Teatr Günü münasibəti ilə teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətlərinə və milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Musiqili Teatrın bir neçə əməkdaşını mükafatlandırıb.
“Azərbaycan Qafqazın dürdanəsi” sərgisini ziyarət edənlərin sayı günbəgün artır
Daşkənddəki Dəmiryol Kollecinin tələbələri və 147 nömrəli orta məktəbin şagirdləri Özbəkistan Dövlət Tarix Muzeyində açılan “Azərbaycan Qafqazın dürdanəsi” adlı sərgi ilə tanış olub.
Umud Rəhimoğlu: "Düşmənlə informasiya cəbhəsində də müharibə aparırıq"
“Mətbuat erməni mənbələrinə istinadən hər hansı məlumatı yaymaqla yanlışığa yol verməməlidir. İşğala məruz qalan Azərbaycan kimi ölkədə erməni mənbələrinə istinadən materialların Azərbaycan resurslarında yayılması yolverilməz haldır”. Bunu Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
Türkiyədə 3 000 il ömürlük həbs tələbi
Türkiyədə Ankara prokurorluğu dövlət çevrilişinə cəhddə təqsirləndirilən şəxslərə ömürlük həbs tələb edib. Prokuorluq Fətullah Gülənin tərəfdarları olan 38 nəfərə ümumilikdə 2988 il ömürlük həbs müddəti tələb edib.
İSESKO rəhbəri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması Azərbaycan qadınının yüksək statusunu göstərir
Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərir.
Artıq hədə-qorxulara yer yoxdur
Ermənistanın ölkəmizə qarşı təxribatları davam etməkdədir. Bu dəfə ermənilər cəbhə xəttində törətdikləri hərbi təxribatdan maksumum yararlanmağa çalışırlar. Beynəlxalq ictimaiyətinin çağırışlarına məhəl qoymayan Ermənistan iqtidarı cəbhə xəttində baş verənlərdə Azərbaycanl günahlandırçaq yolu tutublar. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə hədələyici tonda çıxış edib. O, bəyan edib ki, Dağlıq Qarabağ ətrafında hərbi eskalasiya zamanı bütün hərbi arsenal tətbiq olunacaq. Sarkisyanın iddiasına görə, Bakı Dağlıq Qarabağda təmas xəttindəki vəziyyəti gərginləşdirir: “Əgər Azərbaycan bu qaydada davam edərsə, Dağlıq Qarabağ “xalqı”nın təhlükəsizliyinin təminatı üçün Ermənistan arsenalındakı bütün imkanların tətbiqindən geri çəkilməyəcək”.
“Kassa əməliyyatı” cərrahiyyə əməliyyatından yüksək olan klinikalar
Özəl səhiyyə ocaqılarındakı problemlər tükənmmək bilmir. Demək olar ki, hər gün ana və uşaq ölümü, həkimlərin səhv diaqnozu, qiymətlərin bahalığı barədə məlumatlar eşidilməkdədir. Təzadlı bir məqamdır ki, xarici ölkələrdə fəaliyyət göstərən özəl tibb müəssisələrində keyfiyyətli xidmət və qiymətlərə xüsusi nəzarət edildiyi halda, bizdə yalnız kassa əməliyyatlarına ciddi riayt olunur. Qapıdan içəri girən andan müayinəyə qədər ciblərini boşaltmalısan ki, desinlər “sənin Azərbaycanda müalicən yoxdur”. Başqa cür də olur, pul hərisi olan həkimlər pasienti aldadaraq bütün var-yoxunu əlində alır, sonra deir ki, “biz əlimizdən gələni etdik”.
Azərbaycanda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
Respublikanın dinamik sosial-iqtisadi inkişafının hazırkı mərhələsində dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Mütərəqqi Qərb dəyərlərini dərindən mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi keçən gənclərin formalaşması məsələsi zaman keçdikcə tarixi zərurətə çevrilir. Elə bu zərurətdən dolayıdır ki, Azərbaycanda təhsil sahəsinin daha inkişaf etdirilməsi, bacarıqlı kadrların yetişdirilməsi istiqamətində davamlı addımlar atılır.
25 illik əməkdaşlıq
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarda təmsilçilik və onlarla səmərəli əməkdaşlıqdır. Müstəqillik illərindən etibarən bu istiqamətdə uğurlu addımlar atılaraq dünyanın böyük əksəriyyət təşkilatları ilə normal, qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Bu sırada Birləşmiiş Millətlər Təşkilatının (BMT) da öz yeri var. 25 illik tarixə malik bu əməkdaşlıq günümüzdə daha da inkişaf edərək özünün yeni bir mərhələsinə qədəm qoyub. Tarixə qısa bir nəzər salsaq görərik ki, Azərbaycanla təşkilat arasında əməkdaşlıq Sovet İttifaqının dağılmasından və ölkəmizin öz müstəqilliyini bərpa etməsindən sonra yaranmağa başladı. Nəticə etibarilə, Azərbaycan Respublikası 1992-ci il, mart ayının 2-də BMT-nin üzvlüyünə qəbul edildi.
Pensiya yaşının qaldırılması nə üçün qıcıq yaradır?
Son günlər əsas müzakirə predmetinə çevrilən məsələlərdən biri də "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərlə bağlıdır. Belə ki, bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Qanuna edilən təkliflərdən biri pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlıdır.
Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə daha effektiv üsul kimi
Cəmiyyətin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə istiqamətində ardıcıl və səmərəli tədbirlər görülməsinə baxmayaraq, sözügedən problemi tam mənada aradan qaldırmaq qeyri-mümkün olaraq qalır. Artıq narkomaniyaya qarşı mübarizədə hüquqi prosedurlar, bu xəstəliyə düçar olanlara qarşı ciddi hüquq tədbirlər də o qədər effekt vermir. Düzdür, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bu kimi tədbirlər narkotik aludəçiləri, onun qəbuledicilərinin sayının müəyyən mənada azalmasına qismən təsir göstərir. Ancaq son illərin statistikası və gənclərin, hətta məktəbli yaşlı uşaqların bu bəlaya cəlb edilməsi narkomaniyaya qarşı mübarizədə daha çox maarifləndirici tədbirlərin həyata keçirilməsini zərurətə çevririr. Elə bu zərurəti nəzərə alan müvafiq dövlət qurumları da zaman-zaman qeyd edilən istiqamətlərdə müvafiq tədbirlər həyata keçirirlər.
DTX-nın şöbə rəisi: "Son yarım ildə Azərbaycanda 9 ekstremist məhv edilib, 4-ü tutulub"
“Son yarım ildə Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar zamanı 9 ekstremist məhv edilib, 4 ekstremist həbs edilib”. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.














