25 illik əməkdaşlıq

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarda təmsilçilik və onlarla səmərəli əməkdaşlıqdır. Müstəqillik illərindən etibarən bu istiqamətdə uğurlu addımlar atılaraq dünyanın böyük əksəriyyət təşkilatları ilə normal, qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Bu sırada Birləşmiiş Millətlər Təşkilatının (BMT) da öz yeri var. 25 illik tarixə malik bu əməkdaşlıq günümüzdə daha da inkişaf edərək özünün yeni bir mərhələsinə qədəm qoyub. Tarixə qısa bir nəzər salsaq görərik ki, Azərbaycanla təşkilat arasında əməkdaşlıq Sovet İttifaqının dağılmasından və ölkəmizin öz müstəqilliyini bərpa etməsindən sonra yaranmağa başladı. Nəticə etibarilə, Azərbaycan Respublikası 1992-ci il, mart ayının 2-də BMT-nin üzvlüyünə qəbul edildi.

Və bu əməkdaşlığa inamsızlıq yaradan səbəblər

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də beynəlxalq təşkilatlarda təmsilçilik və onlarla səmərəli əməkdaşlıqdır. Müstəqillik illərindən etibarən bu istiqamətdə uğurlu addımlar atılaraq dünyanın böyük əksəriyyət təşkilatları ilə normal, qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Bu sırada Birləşmiiş Millətlər Təşkilatının (BMT) da öz yeri var. 25 illik tarixə malik bu əməkdaşlıq günümüzdə daha da inkişaf edərək özünün yeni bir mərhələsinə qədəm qoyub. Tarixə qısa bir nəzər salsaq görərik ki, Azərbaycanla təşkilat arasında əməkdaşlıq Sovet İttifaqının dağılmasından və ölkəmizin öz müstəqilliyini bərpa etməsindən sonra yaranmağa başladı. Nəticə etibarilə, Azərbaycan Respublikası 1992-ci il, mart ayının 2-də BMT-nin üzvlüyünə qəbul edildi.

Azərbaycanın BMT ilə əməkdaşlığa başladığı illər çətin bir dövrə təsadüf edirdi. Bu həmin vaxt idi ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş, Dağlıq Qarabağı işğal planına başlamışdı. Belə bir vaxtda Azərbaycanın BMT ilə əməkdaşlığa başlaması həm Xocalıda insanlıq əleyhinə törədilmiş cinayətin bu təşkilatın tribunası vasitəsilə beynəlxalq aləmə çatdırılması, həm də Ermənistanın işğalçılıq siyasəti barədə orada rəf formalaşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Ancaq açıq şəkildə etiraf etmək lazımdır ki, həmin illərdəki mövcud plan hakimiyyətlərin naşı xarici siyasət konsepsiyası o qədər də səmərəli alınmırdı. Əgər Azərbaycan BMT-yə üzv olduğu ildə istər Xocalı soyqırımının tanınması, istərsə də erməni işğalı ilə bağlı təşkilatda ciddi səylər göstərsəydi, bəlkə də Dağlıq Qarabağ problemi çoxdan həllini tapmışdı.

Artıq ermənilər Azərbaycanın ərazilərini işğal məqsədilə başladıqları hərbi əməliyyatların miqyasını genişləndirmişdilər. 1992-ci ildə Şuşanın işğalı o zamankı Azərbaycan hakimiyyətində istilik yaratdı və rəsmi Bakı işğal barədə BMT-yə müraciət etmək məcburiyyətində qaldı. Lakin təşkilatın Təhlükəsizlik Şurası yalnız Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə işini bitmiş hesab etdi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunsa da, işğalçıya qarşı konkret olaraq hansısa addımın atılması əksini tapmırdı. Cəzasızlıq sindromundan ruhlanan Ermənistan1993-cü ilin aprelində Kəlbəcər rayonunu işğal etdilər. Yenə anoloji prosedur, BMT-yə müraciət və BMT TŞ sədrinin bəyanatı. Bu bəyanatda da konkret işğalçının cəzalandırılması əksini tapmadığı üçün Azərbaycan təşkilatdan daha qətiyyətli addımlar atmağı istədi. Beləliklə, aprel ayının 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul etdi. "BMT TŞ 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə

olunur və Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərdən ibarət idi və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etmirdi. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaları də əksini tapmırdı. Düzdür, sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən reallaşdırıldığı vurğulanırdı. Bütün bunların qarşılığında isə Ermənistan yeni işğal planı üzərində işləyirdi və 1993-cü il, iyul ayının 23-də Ağdam rayonu işğala məruz qaldı. Həmin ayın sonlarında BMT TŞ yenidən bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul etdi. Bundan sonrakı mərhələdə Azərbaycanın digər rayonlarının işğal edilməsi fonunda BMT TŞ 874 və

884 saylı qətnamələr qəbul etsə də, həmin qətnamələr də bundan əvvəl qəbul edilən sənədlər kimi kağız üzərində qaldı. Və təəssüflər olsun ki, aradan keçən 25 ilə yaxın müddət ərzində BMT TŞ-in qəbul etdiyi 4 qətnamədən heç biri icra edilməyib.

Bütün bu amillər Azərbaycanda BMT-yə qarşı bir inamsızlıq hissi yaratsa da, lakin rəsmi Bakı bu təşkilatla əməkdaşlığını davam etdirməkdə maraqlı idi. Və sonrakı illərdə, xüsusilə ümummilli lider Heydər Əliyevin zamanında Azərbaycan təşkilatın mühüm toplantılarında bu yüksək tribunadan Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edir, bu işğala son qoyulması üçün zəruri addımların atılmasını tələb edirdi.1994 və 1995-ci illərdə BMT Baş Assambleyasının 49-cu və 50-ci sessiyalarında, eləcə də 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında ümummilli lideri Heydər Əliyev Azərbaycanın haqlı mövqeyini dünyaya bəyan etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev də daima BMT-nin yüksək səviyyəli toplantılarında iştirak edərək bu yüksək tribunadan Ermənistanın işğalçılıq siyasəti, ölkəmizin üzləşdiyi problem barədə dünya ictimaiyyətini məlumatlandırıb. Dövlət başçısı 2004-cü ilin sentyabrında öz işinə başlamış BMT Baş Assambleyasının 59-cu sessiyasının ümumi müzakirələrində iştirak edərək respublikamızın maraq dairəsində olan bir sıra mühüm məsələlərə, ilk növbədə, Ermənistan-Azərbaycan münaqişəsinə diqqət çəkib. Məhz BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində 2004-cü il 23 noyabrda BA-nın 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adllı 163 nömrəli bənd daxil edilib. Azərbaycan Respublikasının təşəbbüsü ilə BA-nın gündəliyinə salınmış bu bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində səmərəli və ədalətli addımların atılması üçün münbit şərait yaradır.

Azərbaycan BMT-nin bir çox qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar. Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.

Məlumdur ki, erməni işğalı nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünlər mövcuddur. 1993-cü ildən bəri Azərbaycan dövləti BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirirlər. Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilib. Həmçinin Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər. Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31