“Kassa əməliyyatı” cərrahiyyə əməliyyatından yüksək olan klinikalar

Özəl səhiyyə ocaqılarındakı problemlər tükənmmək bilmir. Demək olar ki, hər gün ana və uşaq ölümü, həkimlərin səhv diaqnozu, qiymətlərin bahalığı barədə məlumatlar eşidilməkdədir. Təzadlı bir məqamdır ki, xarici ölkələrdə fəaliyyət göstərən özəl tibb müəssisələrində keyfiyyətli xidmət və qiymətlərə xüsusi nəzarət edildiyi halda, bizdə yalnız kassa əməliyyatlarına ciddi riayt olunur. Qapıdan içəri girən andan müayinəyə qədər ciblərini boşaltmalısan ki, desinlər “sənin Azərbaycanda müalicən yoxdur”. Başqa cür də olur, pul hərisi olan həkimlər pasienti aldadaraq bütün var-yoxunu əlində alır, sonra deir ki, “biz əlimizdən gələni etdik”.

Həkimlər niyə Hippokrat andına dönük çıxırlar? 

Özəl səhiyyə ocaqılarındakı problemlər tükənmmək bilmir. Demək olar ki, hər gün ana və uşaq ölümü, həkimlərin səhv diaqnozu, qiymətlərin bahalığı barədə məlumatlar eşidilməkdədir. Təzadlı bir məqamdır ki, xarici ölkələrdə fəaliyyət göstərən özəl tibb müəssisələrində keyfiyyətli xidmət və qiymətlərə xüsusi nəzarət edildiyi halda, bizdə yalnız kassa əməliyyatlarına ciddi riayt olunur. Qapıdan içəri girən andan müayinəyə qədər ciblərini boşaltmalısan ki, desinlər "sənin Azərbaycanda müalicən yoxdur". Başqa cür də olur, pul hərisi olan həkimlər pasienti aldadaraq bütün var-yoxunu əlində alır, sonra deir ki, "biz əlimizdən gələni etdik". Məhz belə münasibətin nəticəsidir ki, son vaxtlar özəl klinikalarda insanların ölmü ilə bağlı mütəmadi xəbərlər yayılmaqdadır. Xüsusən özəl klinikalara müraciət edən pasientlərin ölüm səbəbləri müxtəlif cür yozulmaqdadır. Məsələ orasındadır ki, bəzən həyat üçün elə bir təhlükəsi olmayan xəstələrin, yaxud estetik əməliyyat üçün müraciət edən pasientlərin ölüm xəbəri yayılır. Özəl klinikaların praktikasında pasiyentin əməliyyata girən kimi öldüyü faktlar da olub.
Qeyd etmək lazımdır ki, adətən, tibb məssisələrində xəstələrin ölümü ilə bağlı ilk növbədə müalicə və ya cərrahiyyə əməliyyatını aparan həkimlər təqsirləndirilir. Açıqlanan ilk fikir bu olur ki, xəstənin ölümü həkim səhvi ilə bağlıdır. Xəstələrin yaxınları həkimin səhvə yol verdiyini düşünməkdə haqlıdırlar. Çünki canında ağrı olan, yaxud plastik və ya estetik əməliyyata girmək üçün müraciət edən pasiyent həyatını həkimə etibar edir. Məsələ orasındadır ki, belə halda günahı yalnız həkimim üzərinə yıxmaq ədalətsizlik olardı. Axı, bu klinikanın rəhbəri, müəssisədə baş verənlər üçün cavabdeh şəxsi var. Həmin şəxslərin həkimləri hansı şərtlər altında işə götürdükləri, həkimlərə gündəlik qoyulan məbləğlər barədə məlumatlar kifayət qədərdir. 
Məlumdur ki, özəl klinikalarda pasiyent ölüm səbəblərindən biri də tibbi avadanlıqlarla bağlıdır. Çox təəssüf ki, indiyə qədər bu amil nəzərə alınmır, bu istiqamətdə araşdırmalar aparılmır. Heç kimi maraqlandırmır ki, özəl klinikalar nədən vacib olan müasir tibbi avadanlıqla təchiz olunmur, yaxud həmin çihazları işlətməyi bacarn mütəxəssilər işə cəlb edilmir. Məlum məsələdir ki, özəl klinikalar həkimlərin ixtisas artırması, müasir avadanlıqla işləmək vərdişlərinin əldə edilməsi məqsədilə pul xərcləməkdə xəsislik edirlər. Amma, əslində, bu sahəd atılan addım klinikanın tanınması üçün çox ciddi səbəb ola bilər. Belə ki, klinikalarda istifadə olunan tibbi avadanlıqların standartlara uyğun olması vacib şərtdir. İstər xəstənin müalicəsində, istərsə də cərrahiyyə əməliyyatında tibb avadanlığının rolu xüsusi əhəmiyyətlidir. Avadanlıq, sadə dildə deyilsə, aparatın göstəricisi pasiyentə diaqnoz qoymaq və ya əməliyyatı həyata keçirmək üçün vacib şərtdir. Pasiyenti əməliyyata hazırlayarkən, yaxud əməliyyat zamanı aparatın göstəriciləri əsas götürülür. Tibb avadanlığı yanlış göstərici verdikdə, həmin göstəricini əsas tutan həkim də təbii yanlışlığa yol vermiş olur. Təəssüf ki, bu da bəzən pasiyentin ölümü ilə nəticələnir. 
Özəl klinikaların digər qüsurlu cəhətlərndən biri öz ölkəsində iş tapa bilməyən "həkimin" Azərbaycanda yüksək ixtisaslı kadr kimi təqdim edilməsidir. Son zamanlar Azərbaycanda müalicə və müayinə olunmaq istəyən posientlər ya xarici ölkələrə üz tuturlar, ya da xaricdən ölkəmizə dəvət olunmuş həkimlərə. Çox təəssüf ki, bir çox hallarda belə müracitin böyük əksəriyyəti uğursuz nəticələnir. Artıq kifayət qədər faktlar var ki, xarici ölkələrdən dəvət olunmuş həkimlərin səhv diaqnozu nəticəsində soydaşlarımız sağlamlıqlarını itiriblər. Belə hallar kosmetik əməliyyatlardan tutmuş orqan transplantasiyasına qədər tibbi müdaxilələr zamanı baş verir. Belə vəziyyətin yaranmasında özəl klinikaların da məsuliyyəti danılmazdır. Belə ki, bir çox hallarda özəl klinikalar internet vasitəsilə həkim tapır, onlar barədə kifayət qədər məlumat toplamadan işə dəvət edirlər. Üstəlik onların reklamı elə səviyyədə aparılır ki, sanki dünyada "Şeyx Nəsrullah" peyda olub, xoşbəxtlikdən də Allah onu bizə qismət edib. Reallıqda isə həmin həkimlər öz ölkələrində iş yeri tapa bilmədiklərindən xarici ölkələrə çıxış yolları axtarırlar. Dolanışığın yolunu Azərbaycanda tapanların maskası isə çox keçməyərək yırtılmış olur. Lakn bütün hallarda itirən pasientləri, qazanan isə klinika rəhbərləri olur. 
Özəl klinikaların ən ağrıdıcı məqamı ondan ibarətdir ki, orada çalışan həkimlərin böyük əksəriyyəti dərman firmaları ilə əlbir işləyirlər. Yəni, reseptdə xəstəyə lazım olan yox, dərman firmalarının təqdim etdikləri siyahıda adı olan preparatlar yazılır. Üstəlik pasientə tapşırılır ki, aldığı dərmanın qabını ona təqdim etsin. Sual olunur, əgər həkimin "resept əməliyyatında" maddi marağı yoxdursa, dərmanın qabı onun nəyinə lazımdır? Məlumat üçün qeyd edək ki, bu məsələdə dövlət tibb müəssisəərində bir qədər sıliqə-səhman yaradılıb. Hətta sahə poliklinikaların qapısına "dərman firmalarının girişi qarağındır" elanı da yazılıb. Ancaq hələlik özəl klinikalarda bu əməliyyat olduğca sərfəli gəlir mənbəyi hesab olunur. 

 Zəka 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31