Gündəm
Arif Rəhimzadə kimdən yanadır?
Son illər Türk dünyasının inkişaf edib möhkəmlənməsi, türkdilli dövlət arasında əlaqələrin genişlənməsi bu ideyanın daşıyıcılarını sevindirdiyi qədər, türk adından xoflanan, onun varlığından təşvişə düşənləri də bir o qədər narahat etməyə başlayıb. Odur ki, uzun illər başları rus açarı ilə idarə olunanlar fürsət düşdükcə türkçülük, türklük əleyhinə öz fəaliyyətlərini ortaya qoyurlar.
Dələduzluqda təqsirləndirilən sabiq hakimin istəyi reallaşmadı
Dələduzluqda və rüşvət almada təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Söz, fikir və məlumat azadlığından sui-istifadə yolverilməzdir
Azərbaycanda söz, fikir və məlumat azadlığı kifayət qədər yüksək səviyyədə təmin olunub. Heç şübhəsiz ki, bu məsələlər qanunvericilk çərçivəsində tənzimlənir. Ancaq fakt ondan ibarətdir ki, məlumat azadlığı sonsuz deyil, xüsusən, ölkənin milli təhlükəsizliyi baxımdan bu sahədə müəyyən sərhədin olması ümumi işin xeyrinə olardı. Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində yaşayır və cəbhə xəttindən verilən hər hansı yanlış, dəqiqləşdirilməmiş məlumat dövlətin ziyanına işləyə bilər. Nə qədər ağrılı olsa da son vaxtlar cəbhə xəttində baş verənlərlə bağlı heç bir rəsmi orqana istinad edilmədən yayımlanan məlumatlara rast gəlinir.
Səlim Müslümov 4 şəhər və rayonun sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad rayonunda bu rayonun, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb.
Ankarada “Molla Pənah Vaqif ili”
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şairi, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan edilməsi münasibətilə anma mərasimi təşkil olunub.Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə TÜRKSOY-un qərargahında keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, şeirsevərlər və digər şəxslər iştirak ediblər.
Floridada Cövdət Hacıyev haqqında məruzə dinlənilib
Florida Dövlət Musiqi Müəllimləri Assosiasiyasının konfransında görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin yaradıcılığı haqqında məruzə dinlənilib.
“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı”
Martın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbıərə görə, tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliElmira Süleymanova, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar.
BNA araşdırma apardı
Bu günlərdə bir sıra kütləvi infomasiya vasitələrində “BakıBus” sərnişinlərdən əlavə pul oğurlayır – Fırıldaq” başlıqlı məqalə dərc edilib. Məsələ, fəaliyyətində tam şəffaflığın təmin edilməsinə hər zaman xüsusi önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və bunula bağlı ətraflı araşdırma aparılıb.
Rusiya ombudsmanı Lapşinin saxlanma şərtlərini müzakirə edəcək
Rusiyanın insan hüquqları müvəkkili Tatyana Moskalkova azərbaycanlı həmkarı Elmira Süleymanovaya müraciət edəcək.
İlham Zəkiyev Milli Paralimpiya Komitəsinin vitse-prezidenti oldu
Milli Paralimpiya Komitəsinin (MPK) bu gün V hesabat-seçki yığıncağı keçirilib. Komitədən verilən məlumata görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013-2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.
Bakcell abunəçiləri “Instagram”dan pulsuz istifadə edə bilərlər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçiləri üçün növbəti unikal internet təklifini təqdim edir. Bundan sonra smartfonu olan bütün Bakcell abunəçiləri eksklüziv Instagram paketləri ilə “Instagram”dan pulsuz istifadə edəcəklər. Paketlər həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün təklif olunur.
Fətullah Gülən və 37 nəfərə ÖMÜRLÜK HƏBS TƏLƏBİ - MƏHKƏMƏ BAŞLAYIR
Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı aparılan əsas cinayət işinin istintaq tədbirləri yekunlaşıb. 15 iyul qiyamının əsas ssenarisini əks etdirən Türkiyə Silahlı Qüvvələrinin baş qərargahının işğalı ilə bağlı iddianamə artıq tamamlanaraq məhkəməyə göndərilib.
ATƏT-dən Aİ-yə MİNNƏTDARLIQ - "Referendumu" tanımadığına görə
ATƏT-in Azərbaycandakı daimi nümayəndəliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş "referendumu" tanımadığına görə Avropa İttifaqının rəhbərliyinə və üzv ölkələrinə minnətdarlığını bildirib.
"Ermənistan həftədə 10 əsgərini itirir"
“Nə qədər ki Serj Sarkisyan hakimiyyətdədir, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyişlərin əldə olunması çətin məsələdir. Çünki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yürütdüyü siyasət bir başa müharibənin baş verməsinə səbəb yaradır”. Bunu politoloq İlqar Vəlizadə deyib.
Ermənistan ATƏT-nin Minsk qrupu tərəfindən müdafiə olunur
Artıq bir həftədən çoxdur ki, Ermənistan beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin çağırışlarına məhəl qoymayaraq cəbhə xəttində gərginliyi davam etdirir. Əslində, işğalçı dövlətin atşkəs rejmini pozması birinci dəfə deyil və belə təxribatların hansı məqsəd daşıdığı beynəlxalq aləmə gün kimi aydındır. Vasitəçilər tərfindən danışıqlar prosesinin sürətləndirilməsi barədə fikirlər səsləndikdən sonra erməni silahlı dəstələrinin fəallaşması öz-özlüyündə Ermənistan dövlətinin xislətini ortaya qoyur. Məslə orasındadır ki, Qarabağ cəbhəsində vəziyyət yenidən gərginləşsə də, beynəlxalq aləm Ermənistanın təxribatlarına susqunluqla yanaşır. Beynəlxalq birlik işğlaçıya yerini göstərib, ona qarşı hansısa ciddi sanksiyalar tətbiq etmək əvəzinə, ümumi xatakterli bəyanatlarla çıxış edirlər.














