Floridada Cövdət Hacıyev haqqında məruzə dinlənilib
Florida Dövlət Musiqi Müəllimləri Assosiasiyasının konfransında görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin yaradıcılığı haqqında məruzə dinlənilib.
3 Mart 2017 15:25 MədəniyyətFlorida Dövlət Musiqi Müəllimləri Assosiasiyasının konfransında görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin yaradıcılığı haqqında məruzə dinlənilib.
Bu barədə məlumat "facebook" şəbəkəsinin "Jevdet Hajiyev, composer" səhifəsində yer alıb. Konfransda Pərvin Muradova Cövdət Hacıyev haqqında məruzə ilə çıxış edib və bəstəkarın fortepiano üçün əsərləri əsasında ustad dərsi keçib.
Qeyd edək ki, Londonda beynəlxalq musiqi sərgisində Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin təqdimatı olub. Görkəmli bəstəkarın 100 illik yubileyi münasibətilə Nyu-York, Bakı, Moskva və Vyanada tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulur.