Səlim Müslümov 4 şəhər və rayonun sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad rayonunda bu rayonun, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin  sakinləri ilə görüşüb.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad rayonunda bu rayonun, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin  sakinləri ilə görüşüb.

Dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, o cümlədən əlil arabası ilə təmin olunma, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, sığorta və pensiya münasibətləri, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə əlaqədar  vətəndaş müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.

Vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əhalinin məşğulluq imkanlarının artırılması, xüsusən bölgələrdə yeni iş yerlərinin yaradılması və s. istiqamətlərdə mühüm addımların atılmasına, iqtisadi islahatlar prosesində sosial rifah amilinin daim diqqət mərkəzində saxlanılmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31