BNA araşdırma apardı

Bu günlərdə bir sıra kütləvi infomasiya vasitələrində “BakıBus” sərnişinlərdən əlavə pul oğurlayır – Fırıldaq” başlıqlı məqalə dərc edilib. Məsələ, fəaliyyətində tam şəffaflığın təmin edilməsinə hər zaman xüsusi önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və bunula bağlı ətraflı araşdırma aparılıb.

İddialar əksini tapmadı

Bu günlərdə bir sıra kütləvi infomasiya vasitələrində "BakıBus" sərnişinlərdən əlavə pul oğurlayır - Fırıldaq" başlıqlı məqalə dərc edilib. Məsələ, fəaliyyətində tam şəffaflığın təmin edilməsinə hər zaman xüsusi önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və bunula bağlı ətraflı araşdırma aparılıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə sözügedən məqalənin dərc edən axar.az informasiya portalının baş redaktoru ilə Anar Niftəliyevlə əlaqə saxlanılıb. Baş redaktorun sözlərinə görə seriya nömrəsi 0100751142 olan ödəmə kartı ona məxsusdu və o, 02.03.2017 tarixində səhər saat 10:30 radələrində 3 nömrəli marşrut üzrə hərəkət edən avtobusa minərkən kart vasitəsi ilə ödəniş etsə də avtobusun sürücüsü Rəşad Nuriyev ondan təkrar ödəniş etməsini tələb edib. Aparılan kompleks araşdırma nəticəsində müəyyən edilib ki, seriya nömrəsi 0100751142 olan kart sahibi sərnişin 02.03.2017 tarixində 3 dəfə hər birində 20 qəpik olmaqla ümumilikdə 0.60 azn ödəniş edib. Buna qədər isə kartın balansında 3.20 azn məbləğində vəsait olub. Sərnişin ilk ödənişini saat 09:49:15-də DSX-nin Akademiyası yaxınlığındakı dayanacaqda 21 nömrəli marşrut avtobusuna minərkən edib. Saat 09:56:35-də sərnişin həmin kartla metronun "Əhmədli" stansiyasında ödənişini edib. Metrodan çıxdıqdan sonra 10:28:07-də metronun "Gənclik" stansiyası yaxınlığndakı dayanacaqda 3 nömrəli marşrut avtobusuna minib. Bu zaman kartı oxunma qurğusuna yaxınlaşdırsa da ilk cəhddən ödəniş baş tutmayıb və kartı növbəti dəfə qurğuya yaxınlaşdırıb ödəniş edib. Bütün bu proses avtobusun salonundakı müşahidə kamerası vasitəsi ilə də qeydə alınıb. Həmin görüntülərdən də aydın görünür ki, sərnişin kartı ilk yaxınlaşdırdıqda balansdan heç bir məbləğ silinmir. İkinci dəfə yaxınlaşdırdıqda isə balansdan 0.20 azn silinir və bu barədə məlumatda təqdim etdiyimiz videoda açıq görünür. Onu da qeyd edək ki, 02.03.2017 15:05:53-ə olan məlumata görə kartın balansında 2.60 azn vəsait qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31