Ermənistan ATƏT-nin Minsk qrupu tərəfindən müdafiə olunur

Artıq bir həftədən çoxdur ki, Ermənistan beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin çağırışlarına məhəl qoymayaraq cəbhə xəttində gərginliyi davam etdirir. Əslində, işğalçı dövlətin atşkəs rejmini pozması birinci dəfə deyil və belə təxribatların hansı məqsəd daşıdığı beynəlxalq aləmə gün kimi aydındır. Vasitəçilər tərfindən danışıqlar prosesinin sürətləndirilməsi barədə fikirlər səsləndikdən sonra erməni silahlı dəstələrinin fəallaşması öz-özlüyündə Ermənistan dövlətinin xislətini ortaya qoyur. Məslə orasındadır ki,  Qarabağ cəbhəsində vəziyyət yenidən gərginləşsə də, beynəlxalq aləm Ermənistanın təxribatlarına susqunluqla yanaşır. Beynəlxalq birlik işğlaçıya yerini göstərib, ona qarşı hansısa ciddi sanksiyalar tətbiq etmək əvəzinə, ümumi xatakterli bəyanatlarla çıxış edirlər.

Deputat: "Əgər belə olmasaydı, işğalçı ölkə heç zaman "at oynada bilməzdi"

Artıq bir həftədən çoxdur ki, Ermənistan beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin çağırışlarına məhəl qoymayaraq cəbhə xəttində gərginliyi davam etdirir. Əslində, işğalçı dövlətin atşkəs rejmini pozması birinci dəfə deyil və belə təxribatların hansı məqsəd daşıdığı beynəlxalq aləmə gün kimi aydındır. Vasitəçilər tərfindən danışıqlar prosesinin sürətləndirilməsi barədə fikirlər səsləndikdən sonra erməni silahlı dəstələrinin fəallaşması öz-özlüyündə Ermənistan dövlətinin xislətini ortaya qoyur. Məslə orasındadır ki,  Qarabağ cəbhəsində vəziyyət yenidən gərginləşsə də, beynəlxalq aləm Ermənistanın təxribatlarına susqunluqla yanaşır. Beynəlxalq birlik işğlaçıya yerini göstərib, ona qarşı hansısa ciddi sanksiyalar tətbiq etmək əvəzinə, ümumi xatakterli bəyanatlarla çıxış edirlər. Millət vəkili Fəzail Ağamalı bildirib ki, danışıqların hansı formatda və ya necə aparılmasından asılı olmayaraq, münaqişə tez həll olunmalıdır: "Təəssüflər olsun ki, danışıqların necə keçməsindən asılı olmayaraq, münaqişənin tezliklə sülh yolu ilə həll olunması yolunu görmürəm. Hətta bir çoxları təklif edir ki, danışıqlar prosesi ATƏT-dən alınıb yenidən BMT-yə verilsin və münaqişənin həlli ilə bağlı o, məşğul olsun. Deyək ki, məsələ BMT-yə qaytarıldı, nəsə baş verəcək? Yox! BMT Təhlükəsizlik Şurasının (TŞ) beş üzvündən üçü hazırda ATƏT-in Minsk qrupunun həmsdəri və Ermənistanın yanında olan ölkədir. Bunlar Amerika, Rusiya və Fransadır. Hansı ki, bu ölkələr BMT-də xüsusi imtiyazlara malik ölkələrdir. Tutaq ki, BMT TŞ-də Ermənistan-Azərbaycan məsələsi ilə bağlı hər hansı məsələ qaldırıldı və bu ölkəlrədən hər hansı bir veto qoydu, bu zaman müzakirəyə çıxarılan məsələ həllini tapmayacaq və nəticəsiz qalacaq". Onun sözlərinə görə, bu danışıqlar konyukturadan başqa bir şey deyil: "Ermənistan ardıcıl olaraq qeyri-konstruktiv yanaşma sərgiləməkdə davam etməkdədir. Təssüf edirəm ki, Ermənistanın təcavüzkarlıq siyasəti ATƏT-nin Minsk qrupunun həmsədr ölkələri tərəfindən müdafiə olunur. Əgər belə olmasaydı, Ermənistan heç zaman bu cür at oynada bilməzdi. Onun belə hərəkət etməsinə səbəb beynəlxalq güclərinin ona dəstək verməsidir. Məhz buna görə də son dövrlər təxribata əl ataraq yeni-yeni torpaqlarımızı işğal etmək istəyirlər. Bu gün Ermənistanda Azərbaycan torpaqlarını işğal edən, azərbaycanlıların qanına əli batan cinayətkar, vandal bir dəstə hakimiyyətdədir. Bu sinayətkar, vandal dəstəni isə Amerika, Fransa və Rusiya dəstəkləyir. Bu ölkələr də münaqişənin sülh və danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində yaradılan vasitəçi bir qurumda təmsil olunurlar. Bunlar problemin həllinə çalışmaq əvəzinə, hər vasitə ilə işğalın aradan qaldırılmasına mane olurlar". Millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupu ölü doğulan bir uşaqdır. Fəaliyyətə başaldığı müddətdən təcavüzkar Ermənistanın yanında olduğunu nümayiş etdirib: "Bu müddət ərzində mənasız bəyantlar verməklə məşğuldurlar. Azərbaycanla işğlaçı ölkə arasında paralellik işarəsi qoyurlar. Halbuki belə olmamalıydı. Əksinə, işğalçını sülhə vadar etmək üçün lazım gəlsə, sanksiya tətbiq edilməli idi. Ancaq biz bütün bunların əksinin şahidi olduq. Həmsədr ölkələr nəinki Ermənistan sanksiya və ya xəbərdarlıq etdi, əksinə, onu mdüafiə etdi. Məhz onun nəticəsidir ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirir. Minsk qrupunun bu müddətdə fəaliyyətinin mahiyəti bundan ibarət olub. Onlar fəaliyyətlərini bəyantlarla deyil, əməli işdə sübt etməli idilər. Təəssüflər ki, biz bunun şahidi deyilik". Millət vəkili hesab edir ki, nə ATƏT, nə də BMT-dən münaqişənin danışıqlar yolu həlli istiqamətində hansısa real addımlar atacağı inandırıcı deyil: "Ümid etmirəm ki, münaqişənin həlli ilə məşğul olan Amerika, Rusiya və Fransa ortaq bir məxrəcə gəlsinlər. Ona görə ki, bu hər üç ölkənin Qafqazda öz marağı var və bu maraqlar uğurnda savaş gedir. Rusiya cənub istiqamətində sərhədlərini genişləndirib Çar Rusiyası və SSRİ dövründəki sərhədlərini bərpa etmək istəyir. Bunun üçün də açıq mübarizə aparır. Başqa bir tərəfdən Amerikada SSRİ-nin dağılması nəticəsində yaranan ölkələrə sahib çıxmaq üçün mübarizə aparır və hələ də bu istəyinə nail ola bilmir. Çünki Rusiya Amerikaya qarşı ciddi müqavimət göstərir. Artıq Rusiya 1990-cı illərin əvvəllərindən fərqli olaraq son illərdə güclənib və təsir dairəsini genişləndirmək uğrunda mübarizəyə girişib.Fransa isə ortalıqda qalıb. Hər zaman ermənilərin yanında olduğu kim, indi də ermənilərə sədaqətini nümaiyş etdirməklə məşğuldur. Eyni zamanda, Amerikanın müttəfiqi kimi onun siyasətinə dsətək verir. Belə vəziyyətdə Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti davam etdirilməlidir. Bu da Ermənistanı bütün istiqamətlərdə küncə sıxmaq siyasətidir. Bu siyasət daha fəal surətdə davam etdirilməli və bununla yanaşı, imkan düşən kimi ermənilərin başına güllə yağdırmalıyıq. Yəni, ermənilərin həyata keçirdiyi lokal xarakterli təxribatlardan yararlanaraq işğal olunmuş torpaqlarımızı hissə-hissə geri almaqda davam etməliyik. Bununla da Ermənistanı son anınadək zəiflətməyə çalışmalıyıq. Ermənistanı iqtisadi cəhətdən də zəiflətmək üçün bu ölkəyə qarşı iqtisadi blokadanı davam etdirməli, onun regiondakı bütün layihələrdən kənar saxlanılmasına nail olmalıyıq. Ta o vaxta kimi bu siyasəti davam etdirməliyik ki, vəziyyət bizim xeyrimizə dəyişsin. Baxın, apreldə Ermənistanda parlament seçkiləri keçiriləcək və seçkinin nəticəsi olaraq hansısa qüvvələr hakimiyyətə gələcək. Əgər yenə də Sərkisyan rejimi hakimiyyətdə qalacaqsa və ya Moskvanın adamı hakimiyyətə gələcəksə, yenə də danışıqların nəticəsi olmayacaq. Ona görə də indi nəsə demək çətindir". Onun sözlərinə görə, Azərbaycan Prezidentinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasət ən optimal siyasətdir və bütün istiqamətlərdə davam etdirilməlidir: "Ermənistanın işğalçılıq siyasəti bütün dünyada ifşa olunmalıdır. Artıq bu istiqamətdə həyata keçirilən siyasətdə uğurlarımız var. Bu uğurlar davamlı olmalıdır. Bunun üçün qonşu ölkəlrlə də münasibətimizə nəzər yetirilməlidir. Məslən, İranla münasibətlərimizi elə bir səviyyəyə çatdırmaıyıq ki, o, Ermənistandan imtina edərək Azərbaycanı dəstəkləsin. Hesab edirəm ki, bu istiqamətdə son vaxtlarda atılan addımlar müəyyən nikbinlik yaradır. Odur ki, İranla yaxşı işləməliyik. Elə etməliyik ki, 30 milyondan artıq Azərbaycan türkü yaşayan bir müsəlman ölkəsi nəticədə Azərbaycanın yanında olsun, haqqın yanında olsun. Bu istiqamətdəki işlərimizin perspektivinə inanıram və yaşxı nəticə gözlənilir. Bundan əlavə olaraq iqtisadiyyatımızı inkişaf etdirib, ordumuzu gücləndirməliyik. Eyni zamanda, ordunu öz silahlarımızla təmin etməyə çalışmalıyıq. Əksər silahlar özümüzdə istehsal olunmalıdır ki, bu yolla da xarici ölkələrin silah təchizatından asılılığımız azaltmalıyıq. İmkan düşdükcə düşmənin təxribatlarına ciddi adekvat- sarsıdıcı zərbələr vurmalıyıq. Ən əsas məsələ isə torpaqların işğaldan azad olunması məsələsində düşüncəmizdən, baxışlarımızdan asılı olmayaraq xalqla ordu, xalqla prezident arasıda birlik olmalıdır. Kim burada yer almaq isətmirsə, deməli o, ermənilərin adamıdır. Bunun başqa adı və izahı yoxdur".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31