Gündəm

Mağazadan 4 min manat aparan saxlanıb

3 Mart 2017 16:27

Səbael rayonunda oğurluq faktının üstü açılıb. DİN-də verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşları tərəfindən martın 1-də Bakı şəhər sakini Ruslan Hüseynova məxsus mağazadan 4000 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Emil Abdullayev tutulub. Araşdırma aparılır. 

9 evi qarət edən şəxs ələ keçib

3 Mart 2017 16:26

 Xəzər rayonunda silsilə oğöurluqla məşğöul olan çəxs yaxalanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 29-dan fevralın 1-dək olan müddətdə rayon ərazisindəki 9 evdən pul, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rüfət Əliyev tutulub.Araşdırma aparılır. 

Göygöldə silah-sursat tapılıb

3 Mart 2017 16:25

Martın 2-də Göygöl rayonunun Çaykənd kəndi ərazisindən xeyli sadia silah-sursat aşkar edilib.

ADU-da “Endokrinoloji xəstəliklərin profilaktikası”adlı tədbir keçirilib

3 Mart 2017 16:21

Martın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə “Endokrinoloji xəstəliklərin profilaktikası” adlı tədbir keçirilib. Tədbirdə Endokrin Mərkəzinin əməkdaşları Dilşad Aslanova və Xəyalə Qarayeva, həmçinin universitetin müəllim və tələbələri iştirak edib.

Biznes inkubatorlar sahibkarlığın inkişafında önəmli vasitədir

3 Mart 2017 16:20

Ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olan özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə hərtərəfli dövlət dəstəyi göstərilir, bu sahədə müxtəlif mexanizmlər tətbiq edilir, sahibkarların maarifləndirilməsi, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Yerlərdə “Asan xidmət” barədə məlumatlandırıcı görüşlər keçirilir

3 Mart 2017 16:18

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “Asan xidmət” mərkəzinin təşəbbüsü ilə Xidmətin əhatə dairəsinin genişləndirilməsi və əhalinin “Asan xidmət” barədə məlumatlandırılması məqsədi ilə görüş keçirilib.

Müəllim və valideynlərin müraciəti dinlənilib

3 Mart 2017 16:11

Martın 3-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Gömrükdən gizlədilmiş 60.000 ABŞ dolları aşkar edilib 

3 Mart 2017 16:10

 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Azərbaycan Respublikası vətəndaşının çantaları rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb.

Apellyasiya Şurasına 171 müraciət daxil olub

3 Mart 2017 16:06

2016-cı il ərzində Vergilər Nazirliyinin Apellyasiya Şurasının icraatında olub. Bu müraciətlərin 5-i əvvəlki ildən qalıq qalıb, 166 müraciət isə 2016-cı il ərzində daxil olub. Bu barədə nazirlikdən verilən məlumata görə, icraata götürülmüş müraciətlərdən 61-i səyyar vergi yoxlamaları, 42-si kameral vergi yoxlamaları, 28-i operativ vergi nəzarəti, 3-ü eyni zamanda həm kameral, həm də səyyar vergi yoxlamaları ilə bağlı olub.

Nəsimi rayonunda “Mən həyatı seçirəm” adlı tədbir keçirilib

3 Mart 2017 16:03

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə davam etdirilən maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Nəsimi rayonunda yerləşən 19 nömrəli tam orta məktəbdə keçirilib.Komitədən “Olaylar”a verilən məlumata görə, tədbirdə qurumun Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, “Ailənin sosial-psixoloji xüsusiyyətləri” adlı təqdimatla Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova (sosioloq) və hüquqi məsələlərlə bağlı Komitənin Hüquqi-Təminat şöbəsinin müdir müavini Seymur Məmmədov tədbirdə çıxış ediblər.

ATƏT-dəki Daimi Nümayəndəlik: Qondarma "referendum" göstərir ki, Ermənistan münaqişənin həllində maraqlı deyil

3 Mart 2017 15:58

“Ermənistan Silahlı Qüvvələrinin fevralın 26-da təmas xəttinin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini ağır texnikadan atəşə tutması ilə bağlı təxribat təsadüfi akt kimi qiymətləndirilməməlidir".

Dövlət Dumasının sədri: “Qarabağ münaqişəsi Rusiyanı narahat etməyə bilməz”

3 Mart 2017 15:55

“Rusiya Qarabağ nizamlanmasını hər zaman nəzarətdə saxlayır”. Bunu İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüşdə bildirib.

“Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib

3 Mart 2017 15:52

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib. Konfrans DTX, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu,Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

"Bakının Baş planı Nazirlər Kabinetinə təqdim olunub"

3 Mart 2017 15:48

"Böyük Bakının Regional İnkişaf Planı" (Baş plan) layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib. Komitə sədri bildirib ki, hazırda layihəyə ekspertlər baxış keçirirlər. Baxışdan sonra Nazirlər Kabineti layihəni təsdiqləyəcək.

14 yaşlı qızı dəfələrlə zorladılar, başqa qadını Satanizm ayinləri ilə öldürdülər

3 Mart 2017 15:45

Amerikada MS-13 adlı təhlükəli dəstənin üzvləri 14 yaşlı qızı dəfələrlə zorlayıb, başqa qadını isə Satanizmə məxsus ayinlərlə öldürüblər.