Yerlərdə “Asan xidmət” barədə məlumatlandırıcı görüşlər keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “Asan xidmət” mərkəzinin təşəbbüsü ilə Xidmətin əhatə dairəsinin genişləndirilməsi və əhalinin “Asan xidmət” barədə məlumatlandırılması məqsədi ilə görüş keçirilib.
3 Mart 2017 16:18 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional "Asan xidmət" mərkəzinin təşəbbüsü ilə Xidmətin əhatə dairəsinin genişləndirilməsi və əhalinin "Asan xidmət" barədə məlumatlandırılması məqsədi ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edənlər bildirib ki, mərkəz ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində, əhali ilə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılması olmaqla, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək. Tədbirin sonunda xidmətin fəaliyyətini əks etdirən video materiallar nümayiş etdirilib, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.