Nəsimi rayonunda “Mən həyatı seçirəm” adlı tədbir keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə davam etdirilən maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Nəsimi rayonunda yerləşən 19 nömrəli tam orta məktəbdə keçirilib.Komitədən “Olaylar”a verilən məlumata görə, tədbirdə qurumun Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, “Ailənin sosial-psixoloji xüsusiyyətləri” adlı təqdimatla Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova (sosioloq) və hüquqi məsələlərlə bağlı Komitənin Hüquqi-Təminat şöbəsinin müdir müavini Seymur Məmmədov tədbirdə çıxış ediblər.
3 Mart 2017 16:03 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə davam etdirilən maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Nəsimi rayonunda yerləşən 19 nömrəli tam orta məktəbdə keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, tədbirdə qurumun Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, "Ailənin sosial-psixoloji xüsusiyyətləri" adlı təqdimatla Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova (sosioloq) və hüquqi məsələlərlə bağlı Komitənin Hüquqi-Təminat şöbəsinin müdir müavini Seymur Məmmədov tədbirdə çıxış ediblər. Çıxışlar zamanı ölkədə ailə, qadın və uşaq məsələləri ilə bağlı aparılan siyasət, vacib dərəcədə əhəmiyyətli olan Dövlət Proqramlarının qəbulu və icrası, ölkə rəhbərliyi tərəfindən həssas təbəqəyə göstərilən diqqət barədə tədbir iştirakçılarına məlumatlar verilib, eyni zamanda valideyn-uşaq münasibətləri, müəllim və valideynlər arasında qarşılıqlı əlaqənin qurulması, ailədə baş verən konfliktlərdən qorunma yolları və s. kimi geniş maarifləndirici mövzular müzakirə olunub. Sonda məktəbin kitabxanasına Komitə tərəfindən hazırlanan və çap olunan maarifləndirmə vəsaitləri, kitablar təqdim olunub.