Gündəm
Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub
Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri cənab Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub.
Tarix İnstitutunda Şuxrat Salamovla görüş
Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda məşhur özbək tədqiqatçısı Şuxrat Salamovla (Barlas) görüş olub.
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Vüqar Əliyev: “Bu gün də bəzi qüvvələr məqsədlərinə çatmaq üçün gənclərdən istifadə edirlər”
Azərbaycandakı sabitlik və təhlükəsizlik nümunəsi dünyada yüksək qiymətləndirilir. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
"Qarabağda mövqe üstünlüyü Azərbaycandadır" - Rusiyalı politoloq
"Ermənistanda çox sərt daxili konsensus var ki, Qarabağ üzrə heç bir güzəştə, heç bir ciddi və məzmunlu danışıqlara yol vermək olmaz".
Qar uçqunu: ÖLƏNLƏR VAR
Kabardin-Balkar Respublikasının Çeqet dağında bu gün günorta saatlarında qar uçqunu baş verib. Uçqun altından 4 nəfərin meyidi çıxarılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrusun yüksək dağlıq hissəsində axtarış-xilasetmə dəstəsinin əməkdaşı Albert Xadijiyev bildirib ki, fəlakət nəticəsində daha bir nəfər xəsarət alıb.
Ermənilər Facebook-da Azərbaycan dilində hərbi səhifə yaratdılar - DİQQƏTLİ OLUN!
Ermənilər Facebook sosial şəbəkəsində Azərbaycan dilində hərbi səhifə yaradıblar. "HƏRBİ MEDİA" adlanan səhifədə Azərbaycan dilində Azərbaycan Silahlı Qüvvələrinin əleyhinə təxribat xarakterli informasiyalar paylaşılır.
“Sərhədçilərimiz sağlam həyat naminə!” mövzusunda tədbir keçirilib
Gənc nəslin hərbi-vətənpərvərlik ruhundа tərbiyə olunması, narkomanlıq, digər zərərli vərdişlərdən qorumaq və daha sağlam böyüməsi məqsədi ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində mütəmadi olaraq silsilə tədbirlər keçirilir.
Tanınmış ekspert generallara müraciət etdi
Tanınmış politoloq Azərbaycan generallarını ermənilərin "İskəndər" hədəsinə cavab verməyə çağırıb. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Azərbaycan rəsmilərini informasiya müharibəsinin elementlərindən istifadə etməyə səsləyib:
Nazirin təyyarəsi eniş edə bilmədi
Türkiyənin Baş Naziri Binəli Yıldırımın təyyarəsi havada qalıb. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, nazir AKP – nin bu gün Bartında təşkil olunacaq mitiqində iştirak iştirak etmək üçün adı çəkilən bölgəyə təyyarə ilə səyahət edib. Lakin, nazirin təyyarəsi həddindən artıq duman səbəbi ilə Zonguldak Çaycuma Hava Limanına məcburi eniş edib.
Müəllif Hüquqları Agentliyinin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaq
“Müəllif Hüquqları Agentliyinin fəaliyyəti mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı kimi indiyədək dövlət büdcəsi hesabına maliyyələşdirilir. Agentliyin təşkilati-hüquqi formasının dəyişməsi və publik hüquqi şəxsə çevrilməsi isə yeni hüquqi situasiya yaradır. Belə vəziyyətdə agentliyin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaq”.
Təbii Ehtiyatlar İnstitutunun uğurlu elmi nəticələri
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən xüsusi diqqət və qayğı bütün еlm ocaqları kimi AMЕA Naхçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutununda da öz təcəssümünü tapıb. Bu elmi müəssisədə fəaliyyət göstərən üç laboratoriyanın son illər əldə etdiyi elmi naliyyətlər də elə bununla bağlıdır. Laboratoriya rəhbərləri ilə söhbətimizdə əldə edilən uğurlara aydınlıq gətirməyə çalışdıq.
Qazandıqları təcrübə tələbələri gələcək iş həyatına necə hazırlayır?- Qərb Universitetinin tələbələri cavablandırır
Təhsil zamanı nəzəri biliklərlə yanaşı təcrübi bacarıqlara yiyələnmək gələcək karyera həyatında olduqca əhəmiyyətli rol oynayır. Nəzəri biliklərə üstünlük verilən auditoriyadan qaynar iş həyatına düşən gəncin özünü natamam hiss etməməsi üçün məhz təhsilillərində bu bacarıqları qazanması çox vacibdir.
Oğruların digər əməlləri də üzə çıxdı
Suraxanı rayonunda oğurluq etməkdə şübhəli bilindiklərinə görə Zaur Süleymanovun və Emin Abıyevin saxlanılıb. DİN-dən verilən məlumata görə, saxlanılan şəxslərin ətrafında Suraxanı 30-cu PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların yanvarın 12-dən fevralın 1-dək olan müddətdə rayon ərazisindəki 6 evdən, 3 avtomobildən və 1 mağazadan pul, akkumulyator, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Qaradağda kabel oğtusu tutulub
Qaradağ rayonunda kabel oğurluğu ilə məşğul olan şəxs tutulub. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki 1 evdən və 1 "Topaz" mərc oyunları məntəqəsindən müvafiq olaraq 1000 metr elektrik naqili və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Araşdırma zamanı onun paytaxt sakini Xəyal Əkbərov olduğu müəyən edilib.

.jpg)












