Gündəm
İxrac təşviqinin geri ödənilməsi ilə bağlı seminar keçirilib
Martın 3-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə İxracatçılar Klubunun “İxrac təşviqinin ödənilməsi Qaydası”na həsr olunmuş seminarı keçirilib.
İmtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ
Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.
Ukrayna və Rusiyada "Afrika taunu" HƏYƏCANI - Azərbaycan üçün təhlükə varmı?
"Azərbaycan artıq Ukrayna və Rusiyanın cənub hissəsində donuzlar arasında Afrika taununun aşkarlanması barədə məlumatlandırılıb". Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
AP üzvlərinin Qarabağa qanunsuz səfəri narahatlıq doğurur
Azərbaycan Baş Prokurorunun Avropa Parlamenti üzvləri Elena Theoxarous, Frank Engel və Jaromir Stetinaya qarşı beynəlxalq həbs qərarı həm Avropada, həm də Ermənistanda geniş müzakirələrə səbəb olub. Sözügedən Avropa Parlamenti üzvləri haqqında beynəlxalq axtarış elan olunması qərarı, Azərbaycan hökuməti tərəfindən öncədən rəsmi icazə almadan və müvafiq prosedurlardan keçmədən Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiklərinə görə verilib.
Azərbaycan qadınlarına medal və fəxri adlar verilib (SİYAHI)
Prezident İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rəşad Məmmədov Dauren Abayevlə görüşüb
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstan Respublikası İnformasiya və Kommunikasiya naziri Dauren Abayevlə görüşüb. Görüş zamanı nazir vaxtı ilə Qazaxıstanın ölkəmizdəki səfirliyində diplomat qismində çalışdığını vaxtları yada salaraq indi Azərbaycanın Qazaxıstandakı səfirini qəbul etməkdən məmnunluğunu ifadə etdi. Həmçinin Azərbaycanı yaxşı tanıdığını vurğulayaraq ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.
Biz Cənubi Qafqazda sabitliyə və uzunmüddətli siyasi həllə yardım etməliyik
Azərbaycanın Baş Prokurotorluğu bu həftə Avropa Parlamentinin üç üzvü – Eleni Teoxarus (Kipr), Frank Engel (Luksemburq) və Yaromir Ştetina (Çexiya) ilə bağlı Dağlıq Qarabağa səfər etdikləri və öz-özünə müstəqilliyini elan edən qondarma rejimi dəstəkləyən hərəkətlərə yol verdiyinə görə beynəlxalq həbs qərarı çıxarıb.
Qobustanda konfrans və seminar keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarların, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə martın 3-də Qobustanda maarifləndirici konfrans keçirilib.
Azərbaycan məhsulları “Lulu” marketlər şəbəkəsində satılacaq
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində vahid “Made in Azerbaijan” ölkə stendi altında məhsullarını təqdim edən yerli şirkətlərimiz “Lulu” marketlər şəbəkəsinin rəhbərləri ilə görüşüblər.
Millimizə yaxşı tanış olan baş məşqçi "Lester"in diqqət mərkəzində
Klaudio Ranyerinin istefasından sonra "Lester Siti" yeni baş məşqçi axtarışlarını davam etdirir. Bu posta daha bir namizəd tapılıb.
Ermənistan ordusunun hərbçiləri döyüş mövqeyində baş verən partlayışda yaralanıb
Partlayıcı qurğunun işə düşməsi nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları xəsarət alıblar. Hadisə fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib.
Rus general minaya düşdü - SURİYADA
Suriyanın Palmira şəhəri uğrunda döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin generalı ağır yaralanıb. Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Palmira yaxınlığında minaya düşüb.
Əfv komissiyası yenə toplaşdı
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın üzvü Rəşad Məcid bildirib ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
2 min kilometr ərazi işğaldan azad edildi
Türkiyə Silahlı Qüvvələri fevralın 23-dən martın 2-ə qədər Suriyanın Əl-Bab şəhərində həyata keçirilən əməliyyatlarla bağlı məlumat yayıb.
Cahangir Hacıyev əfv olunması üçün ərizə yazdı
Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev əfv olunması üçün ərizə yazıb. Bu haqda redaksiyamıza daxil olan məlumatda bildirilir ki, sabiq bankir səhhəti ilə əlaqədar əfv edilməsini istəyir.














