Ermənistan ordusunun hərbçiləri döyüş mövqeyində baş verən partlayışda yaralanıb
Partlayıcı qurğunun işə düşməsi nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları xəsarət alıblar. Hadisə fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib.
3 Mart 2017 18:06 DünyaPartlayıcı qurğunun işə düşməsi nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları xəsarət alıblar. Hadisə fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib.
Müxtəlif dərəcəli xəsarətlər alan müddətli hərbi qulluqçular Ermənistan Müdafiə Nazirliyinin xəstəxanasına yerləşdirilib. Onların sayı açıqlanmır.
Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı hərbi qulluğa səhlənkar yanaşma maddəsi ilə cinayət işi açıb. Apa.az "news.am" saytına istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31