Gündəm

Afrikalı alimlər: Fillər sutkada təxminən iki saat yatır

3 Mart 2017 20:01

Cənubi Afrikanın Vits Universitetinin mütəxəssisləri fillərin digər məməlilərə nisbətən az yatdığını müəyyənləşdiriblər. “Runews24.ru” saytı xəbər verir ki, alimlərin fikrincə, məməlilərdə yuxu müddəti əsasən onların ölçüsündən asılıdır. Heyvan nə qədər balaca olarsa, bir o qədər çox yatır. Müşahidələr göstərir ki, zooparklarda fillər sutkada 5-6 saat yatır. Lakin ekspertlər vəhşi təbiətdə fillərin az yatdığını bildirirlər.

Ötən il kiberhücumların sayında yeni rekord qeydə alınıb

3 Mart 2017 19:50

“Trend Micro Inc.” şirkəti 2016-cı ildə kiberhücumların sayının qlobal internet şəbəkəsi tarixində yeni rekorda çatmasını, kibertəhdidlərə görə dünya şirkətlərinə dəyən ümumi ziyanın 1 milyard dollar təşkil etməsini açıqlayıb.   

İflic olmuş insanlar düşüncənin gücü ilə ünsiyyət saxlaya bilirlər

3 Mart 2017 19:45

Stenford Universitetinin alimləri iflic olmuş insanlarla ünsiyyət saxlamaq üsulunu hazırlayıblar. İndi xəstələr düşüncənin köməyi ilə mətni çap edə bilirlər.

“5G” sənayesinin dəyəri 1,2 trilyon dollara çatacaq

3 Mart 2017 19:40

“Ericsson” şirkəti 2026-cı ilədək beşinci nəsil mobil rabitə (5G) sektorunun 1,2 trilyon dollar məbləğində ümumi gəlirinin əsas hissəsinin enerjipaylama şirkətləri, istehsal və səhiyyə sahəsi və təhlükəsizlik sektoru tərəfindən generasiya ediləcəyini proqnozlaşdırır. 

1 həftə müddətində şarjsız işləyən smartfon təqdim olunub

3 Mart 2017 19:36

Çinin “Oukitel” şirkəti yeni “Oukitel K10000 Pro” smartfonunu 10100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edib. Bu smartfon Barselonada keçirilmiş “MWC 2017” sərgisində nümayiş etdirilib. İstehsalçının iddiasına görə, aparat 1 həftə müddətində şarjsız işləyə bilir. Sürətli “12V/2A” enerjidoldurma qurğusunun köməyi ilə 2 saat ərzində tamamilə enerji toplayır.

Fərman Kərimzadə anıldı

3 Mart 2017 19:30

 Martın 3-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri, yazıçı Fərman İsmayıl oğlu Kərimovun ( Fərman Kərimzadə) anadan olmasının 80 illiyi münasibəti  ilə sərgi təşkil olunub. Milli Kitabxanadan “Olaylar” – a bildirilib ki, “Fərman Kərimzadə - 80” adlı kitab sərgisi böyük maraqla qarşılanıb.

“Manaf Süleymanov -105”

3 Mart 2017 19:26

Martın 3-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, nasir, Əməkdar mədəniyyət xadimi Manaf Fərəc oğlu Süleymanovun  anadan olmasının 105 illiyi münasibətilə  sərgi təşkil olunub. Milli Kitabxanadan “Olaylar” – a bildirilir ki, kitab sərgisi  “Manaf Süleymanov -105” adlanır.

Teatr ictimaiyyəti Eldəniz Zeynalovu andı...

3 Mart 2017 19:20

Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti Eldəniz Zeynalovun anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilib. İttifaqdan “Olaykar” – a bildilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən təşkil edilib. Xalq Artisti, Teatr Xadimləri İttifaqının İdarə heyətinin sədri, professor, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətov Azərbaycan kinosunda və səhnəsində silinməz iz qoymuş Eldəniz Zeynalovun yaradıcılığından söz açıb..

Xalça Muzeyində pilot layihə

3 Mart 2017 19:15

 Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı pilot layihəyə start verilib. Muzeydən “Olaylar” – a bildirilib ki, layihə– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan “Azərbaycan xalça sənətinin təbliği “ - bəndinə uyğun olaraq həyata keçirilir.  Layihənin əsas məqsədi – Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdi.

Xalça Muzeyində “Novruz nemətləri”

3 Mart 2017 19:10

Martın 4 – də Azərbaycan Xalça Muzeyində “Novruz nemətləri” adlı dinləniləcək. Muzeydən “Olaylar” – a bildirilib ki, mühazirə Milli Kulinariya Mərkəzinin baş direktoru, əməkdar mədəniyyət işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, professor Tahir Əmiraslanov tərəfindən oxunacaq. Mühazirədə Novruz şirniyyatlarının yaranma tarixi, hazırlanma üsullarının incəlikləri və naxışlarının rəmzi mənalarından bəhs ediləcək. Mühazirə Azərbaycan dilində aparılacaq. 

Əfqanıstanda son sutka ərzində 149 “Taliban”çı öldürülüb

3 Mart 2017 19:06

Əfqanıstanda son sutka ərzində “Taliban” qruplaşmasının 149 üzvü öldürülüb. Laqman və Gilmənd vilayətlərində “Taliban” qruplaşmasının üç komandiri məhv edilib.

Tuba və əri dedi-qodulara son qoydular

3 Mart 2017 19:05

Tuba Büyüküstün və Onur Saylak cütlüyü məhkəməyə müraciət edib. İkili onların boşanması haqda xəbər yayan qəzetə 50 min lirəlik mənəvi təzminat davası açıblar.

“Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçiriləcək

3 Mart 2017 19:02

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyətivə “Təmiz ürəklər” Qeyri-Hökumət Təşkilatının təşkilatçılığı ilə 4 Mart 2017-ci il tarixdə saat 15:00-da Tərtər rayonu Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi və “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə “Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirəcək.